PROSES.AZ

XƏBƏR SAYTI

Hərbi texnikamızın üzərinə yazılan hərflərin mənası nədir? – FOTO

“Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).

Ekspert əlavə edib ki, fotolardan göründüyü kimi, adi Z-dən fərqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.

Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq. Hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq.

Ordumuz qürurumuzdur!”

Qeyd edək ki, hərbi texnikaların üzərinə Z hərfinin yazılmasına Rusiyanın Ukrayna ilə apardığı müharibədə geniş rast gəlinir.

 










 8,592 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.