PROSES.AZ

XƏBƏR SAYTI

İranlı qadınlara görə səhnədə saçlarını kəsdi – VİDEO

Məşhur müğənni Hade Yener maraqlı addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, ötən gün Kuruçeşmedə sevənlərinə konsert verən sənətçi səhnədə saçlarını kəsib. İfaçı bunu “Ağlama” mahnısını oxuduqdan sonra edib.

Müğənni bu addımı İranda azadlığı uğrunda mübarizə aparan və zorakılığa məruz qalan qadınlara dəstək olmaq üçün edib.

Sənətçi səhnədə “Azadlığı uğrunda mübarizə aparan bütün qadınlara, həyatını itirən balaca qızlarınıza görə… Onlar sadəcə körpədirlər… Onlara və bütün dünya qadınlarına azadlıq arzulayıram!” sözlərini də söyləyib.

Handenin bu addımı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.

 4,439 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.