PROSES.AZ

XƏBƏR SAYTI

Bakının “Bermud üçbucağı” – qəzaya qaranlıq salan kimlərdir? – VİDEO

Xırdalan-Binəqədi-Balaxanı yolu kimi tanınan ərazi Allahın ümidinə buraxılıb. Proses.az xəbər verir ki, bu yolda demək olar ki, hər gün qəza baş verir.

Sürücülər redaksiyamıza göndərdikləri video-materialda bildirirlər ki, yolda hər hansı bir radar, sürət həddini göstərən nişan mövcud deyil. Bununla yanaşı, yol gecə saatlarında zülmətə qərq olur. İşıq dirəkləri olsa da, işıqlar yandırılmır. Yolda sərt döngələr çox olduğu üçün sürətlə gələn avtomobillər qarşı yola çıxır və qəza baş verir.

Yolda avtomobilin intensivliyi yüksək olduğu üçün qəzalar çox zaman zəncirvari olur.

Əraziyə yaxın yaşayan və bu yoldan istifadə edən sürücülər bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Ancaq nə yolun işıqlandırılması həyata keçirilib, nə də müvafiq nişanlar quraşdırılmayıb.

Proses.az

 200 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.