“Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir”, – dövlət başçısı bildirib.
46 ümumi baxış sayı, 2 bu günkü baxış sayı
SON XƏBƏRLƏR
Məşhur cütlük ayrıldı
7 yaşlı daun sindromlu qız məktəbdə öldü
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? – AÇIQLAMA
Ermənistana gedən yüzlərlə avtomobil Yuxarı Larsda gömrükdə qaldı
Bakıda “qırmızı”da keçən sürücü qəza törətdi – ANBAAN VİDEO
Rusiya Finlandiya ilə sərhədə nüvə başlıqlı “İsgəndər”lər yığır – VİDEO
Aygün Kazımova qızı, Röya və Namiqdən danışdı – Fotolar