Yay mövsümünün gəlişi ilə istirahət üçün bölgələrə üz tutanlar artır.
Proses.az xəbər verir ki, rayonlarda 3 və 4 ulduzlu otellərin olmaması, digər məkanların da bahalığı turistləri alternativ variantlar axtarmağa məcbur edir.
Mütəxəssislər bildirirlər ki, istirahət üçün bölgələrə üz tutan turistlər əsasən səhər gedib axşam geri dönüləcək istirahətə üstünlük verirlər. Qalmaq üçün rayonlara gedənlər isə daha çox otellərə, kirayə evlərə və kotec tipli istirahət mərkəzlərinə üz tuturlar. Biz də turistlərin istirahət üçün tez-tez üz tutduğu Qəbələ rayonundakı otel, kirayə ev və kotec qiymətləri ilə maraqlandıq. Qiymətlər arasında xeyli fərq olduğu ortaya çıxdı.
Otellər və Restoranlar Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Xəzər Tv”yə bildirib ki, ölkəmizdə otellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bunların sayı artsa, uyğun qiymətə məkan seçimi də geniş olacaq.
Assosiasiya sədrinin sözlərinə görə, qısamüddətli icarəyə verilən mənzillərin xərclərinin azlığına görə onları otellərdən daha ucuz qiymətə təklif etmək mümkün olur.
Samir Dübəndi deyib ki, regionlarda olan bəzi otel və digər yerləşmə vasitələrinin sahibləri beynəlxalq turizm saytlarından daha çox istifadə etməlidirlər. Çünki Azərbaycandakı məkanlara beynəlxalq saytlarda çox az rast gəlinir. Həmin saytlarda da qeydiyyat çoxalsa, bu, bölgələrdə olan və insanların tanımadığı daha ucuz məkanların üzə çıxması ilə nəticələnəcək.
70 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ