PROSES.AZ

XƏBƏR SAYTI

Bakıda anasını və qardaşını döyə-döyə öldürən şəxs həbsdə öldü

Bakıda həbsxanada ölüm hadisəsi baş verib.

Proses.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkum Oleq Abışov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Oleq Abışov 2013-cü ildə ailə üzvlərini öldürməkdə təqsirli bilinərək həbs edilmişdi. O, anasını və qardaşını döyə-döyə öldürmüşdü.

 1,011 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.