PROSES.AZ

XƏBƏR SAYTI

Polis tərəfindən döyülən uşağın valideynindən İDDİA: “Boğaraq başını partaya vurub” – VİDEO

Yevlaxda polis tərəfindən döyüldüyü iddia edilən azyaşlının valideynləri danışıblar.

Hadisə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında baş verib.

Həmin təhsil müəssisəsində oxuyan 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verib.

4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.

Döyülən azyaşlının valideyni Rəqsanə Əliyeva Baku TV-yə bildirib ki, V.Hüseynov övladını iki əllə boğaraq, başını partaya vurub.

Daha ətraflı süjetdə:

 1,287 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.