PROSES.AZ

XƏBƏR SAYTI

Səfərbərlikdən qaçan rusiyalılar Gürcüstanla sərhəddə tıxac yaradıblar – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.

Proses.az “0xu.az”a istinadən xəbər verir ki, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Rusiya-Finlanfiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.

 8,568 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.