PROSES.AZ

XƏBƏR SAYTI

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? – FOTO

Tovuzda məktəblərin birində xoşagəlməz hal yaşanıb. Məktəbin həyətindəki bufet-dükanın işlətmək istəyən şəxslə təhsil müəssisəsinin rəhbərliyi arasında insident baş verib.

Proses.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə Sahib İsgəndərov adına Tovuz rayonunun Əyyublu kənd tam orta məktəbində baş verib.

Sözügedən kənd sakini Mehriban Əliyeva adlı şəxs bu məktəbdə bufet-dükan işlətmək istədiyini və bu istiqamətdə müvafiq sənədlər toplasa da məktəbin direktor əvəzedicisi Gültəkin Nəsibova tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia edir.

Birinci qrup əlil olan qadın xəstəxanaya yerləşdirilib. Qadını döydüyü iddia olunan müəllim direktor əvəzedicisi Gültəkin Nəsibova isə səsləndirilən iddiaları qəbul etmir.

Hər iki tərəf zərərçəkən və təzyiqə məruz qalan şəxslər olaraq polisə müraciət ediblər. Fakt isə hüquq mühafizə orqanlarının nəzarətindədir.

Məsələ ilə bağlı Tovuz rayon Təhsil Şöbəsindən bildirilib ki, faktla bağlı onlarda məlumat var və müvafiq akt da tərtib edilib.

Məsəldə kimin haqlı kimin haqsız olduğu isə hüquq mühafizə orqanlarının apardığı araşdırmalardan sonra bəlli olacaq.

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

Tovuzda direktor əvəzi 59 yaşlı qadını döyüb? - FOTO

 108 ümumi baxış sayı,  6 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.