PROSES.AZ

XƏBƏR SAYTI

Polisi vurub qaçan şəxs həbs edildi – Video

Göygöldə polisi maşınla vurub qaçan şəxs saxlanılıb.

Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Hüseynov Rauf Bəkir oğludur.

Belə ki, yol polisi sürücü Hüseynov Raufa “saxla” əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb.

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

 72 ümumi baxış sayı,  8 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.