PROSES.AZ

XƏBƏR SAYTI

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Psixiatriya xəstəxanasında döyülən PASİYENT ÖLDÜ

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülən vətəndaş vəfat edib.

Proses.az  xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.

O bildirib ki, qardaşı ötən gün gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun qardaşı onun xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salındığını bildirmişdi.

Səhiyyə Nazirliyindən də bildirilib ki, orada olan xəstələr arasında mübahisə olub. Hadisə də həmin zaman baş verib.

Xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

 68 ümumi baxış sayı,  4 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.