PROSES.AZ

XƏBƏR SAYTI

Azərbaycanda məktəbdə elektrik enerjisi kəsildi – DƏRSLƏR TƏXİRƏ SALINDI

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə dərslər təxirə salınıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, buna səbəb məktəbdə elektrik enerjisinin kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məsələ ilə bağlı saytımıza bildirib ki, məktəbə gələn elektrik xəttində nasazlıq yaranıb. Alternativ elektrik xətti olmadığı üçün dərslər bir günlük təxirə salınıb:

“Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir”.

 66 ümumi baxış sayı,  4 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.