PROSES.AZ

XƏBƏR SAYTI

Yasamalda DƏHŞƏTLİ QƏZA: 5 avtomobil toqquşdu – FOTOLAR

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, 3 saylı “ASAN Xidmət”in yaxınlığında zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yerində olan Proses.az-ın əməkdaşının məlumatına görə qəzaya 10DY675 nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili səbəb olub. Belə ki “Toyota Prius” yolda geriyə dönmə əməliyyatı üçün gözləyən 4 avtomobili – “Mersedes C klass”, “Toyota Carolla”, “Ford Transit” və “Hundai Accent”-i arxadan vurub. Nəticədə həmin 4 avtomobilə və “Toyota Prius”a ciddi zərər dəyib.

Hadisə yerinə Yasamal rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.

İlkin ehtimala görə  “Prius”un sürücüsü havanın yağışlı olmasını nəzərə almayaraq yüksək sürətlə hərəkət edib, qəzaya da səbəb bu olub.

Proses.az

 126 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.