PROSES.AZ

XƏBƏR SAYTI

Sumqayıtda beşinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi – ANBAAN VİDEO

Sumqayıt şəhərində xilasedicilər köməksiz vəziyyətdə qalan uşağı xilas ediblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 17-ci mikrorayonda bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü uşağın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə mənzilə eyvandan daxil olub uşağı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 42 ümumi baxış sayı,  4 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.