“Ətrafımdakı dostlar, tanışlar “Kontakt Home”dan heç vaxt, heç nə alma deyirdilər, amma qulaq asmadım. Həyatımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı”.
Proses.az xəbər verir ki, bunu tanınmış jurnalist Elmir Muradov özünün şəxsi facebook səhifəsində yazıb.
Media nümayəndəsi daha sonra bunları qeyd edib: “Deməli, ötən il iyulun 18-də götürdüyüm kreditin əksər vaxtlar ödənişini daha tez, daha çox ödəyirdim ki, məbləğ tez bitsin, canım da qurtarsın. Axırıncı dəfə “Paypoint”dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəməyə-ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim belə də olmazdı. Sadəcə indi “Kontakt Home”-dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, verə bilmədiklərini bildirirlər. Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz?. Susurlar, susurlarsa deməli bundan sonra ordan nəsə almaq lazım deyil”.
252 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ