Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa monitorinq zamanı VAZ markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Davam etdirilən tədbirlər nəticəsində daha bir VAZ markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub.
Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.
76 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ