PROSES.AZ

XƏBƏR SAYTI

Bakıda lüks avtomobili qəsdən cızan qadın DANIŞDI: “Sərxoş olmuşam”

Bakıda qadının lüks avtomobilinin cızılmasının səbəbi bilinib.

Proses.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, Təranə Bağırovaya məxsus “Porsche” markalı avtomobilini əlindəki əşya ilə qəsdən cızan şəxs Banu Əliyevadır.

B.Əliyeva polisə verdiyi izahatda hadisəni törədən zaman sərxoş olduğunu bildirib:

“Həmin gün mən sərxoş idim və 2-3 saat ərzində şəhərdə gəzmişəm. Daha sonra evə getmişəm. Heç nə xatırlamıram. Törətdiyim əməldən xəbərsizəm. “Porsche” markalı avtomobilin sahibini tanımıram”.

“Porsche” markalı avtomobilin sahibi Təranə Bağırova isə bildirib ki, ona 600 manat məbləğində ziyan dəyib və o, zərərin ödənilməsini tələb edib.

 56 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.