PROSES.AZ

XƏBƏR SAYTI

Bakı metrosunda qadınlar bir-birini təhqir etdilər – VİDEO

“Hər birimiz eyni cəmiyyətdə yaşayırıq və bu kimi hadisələrə vətəndaş mövqeyi olmalıdır. Bu kimi hallarda vətəndaşlar öz hüquqlarını tələb etməlidirlər”.

Proses.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “TikTok” platformasında yayımlanan metropoliten daxilində çəkilmiş qalmaqallı videoya münasibət bildirərkən deyib.

O bildirib ki, sosial məsuliyyət, vətəndaş mövqeyi olmayan yerdə bu kimi hadisələrin olması labüddür:

“Bunun başqa yolu yoxdur. Vətəndaş mövqeyini bildirməli, bu kimi hadisələrlə qarşılaşanda fəal olmalı, reaksiya verməlidir. Hər hadisədə metropoliten, metro əməkdaşları, metro polisi məsuliyyət daşımalıdır anlayışı doğru deyil”.

Metropoliten daxilində videoçəkiliş etmək qadağandır və sərnişinlərin məlumatlı olması üçün bu barədə bir çox məlumatlandırıcı lövhələr də asılıb. Belə bir deyim var “qaydalar onları pozmaq üçündür”. Doğurdanmı, insanlar cəmiyyətdə bu prinsipi həyata keçirir?

Bəs metropoliten qaydaların pozulması zamanı qurum hansı tədbirləri görür?

B.Məmmədov qeyd edib ki, “Bakı Metropoliteni” əməkdaşları və metro polisi stansiya daxilində foto, video çəkilişi edən sərnişin görürsə, ona yaxınlaşaraq Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı Metropoliteni”ndən istifadə qaydalarına əsasən bunun qadağan olduğunu bildirir:

“Sərnişin birmənalı olaraq çəkdiyi görüntüləri silməlidir. Qatarda edilən çəkilişlərlə bağlı isə sərnişin metro əməkdaşlarına müraciət etdiyi halda, bu barədə tədbir görülür. Dünya təcrübəsində belə bir şey yoxdur ki, vaqonlarda bu kimi hallara nəzarət mexanizmi tətbiq edilsin. Cəmiyyəti quran bizik və cəmiyyətdə ümumi qaydalara riayət etməliyik. Hər şeyi cəza mexanizmi ilə həll etmək yanaşması doğru deyil”.

 4,469 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.