PROSES.AZ

XƏBƏR SAYTI

5 yaşlı qızı zorlayıb öldürdülər – Edamları tələb olunur

Rusiyanın Kostroma vilayətində yaşanan dəhşətli qətl tək burada deyil, bütün ölkədə şok effekti doğurub. Vilayətdə gərginlik pik həddə çatıb. Səbəb də beş yaşlı qızın qətli və zorlanması faktıdır. İnsidenti törədənlərin vəhşiliyi hər kəsi şoka salıb. Günün-günorta çağı iki kişinin qızı qucaqlarına alıb apardıqları, küçədəki şəxslərin isə ona kömək etmədikləri mediada öz əksini tapıb.

Milli.Az life.ru-ya istinadən xəbər verir ki, yoldan keçənlər hətta bu barədə polisə belə xəbər vermək istəməyiblər. Qızın anası xadimə işləyir və qız ondan beş dəqiqəliyinə icazə alıb ki, yeni il şamına baxsın. Axtarış tədbirləri zamanı 25 və 44 yaşlı iki şəxs saxlanılıb. Qızın meyidi isə idman sumkasının içindən tapılıb. Ondan yaxa qurtarmağa imkan tapmayıblar.

Hazırda yüzlərlə insan qətldə şübhəli bilinən şəxsin edam olunmasını tələb edir. Hadisə o qədər böyüyüb ki, spiker Vyaçeslav Volodin təklif edib ki, pedofillər şimal mədənlərində ömürlük işə göndərilsin. Bununla bağlı qanun hazırlanmasını da irəli sürüb.

 84 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.