PROSES.AZ

XƏBƏR SAYTI

Bərdədə 32 yaşlı kişi güllələnib

Bərdə rayonunda güllələnən şəxs həyatını itirib.

APA-nın yerli bürosu xəbər verir ki, iki güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İsrafil Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, hadisə rayonun Ləmbəran kəndində baş verib. Məlumata görə, İ. Hüseynovu qohumu güllələyib. Hadisənin onların arasında yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.

Hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

 304 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.