PROSES.AZ

XƏBƏR SAYTI

Bakıda məktəbin qarşısında Göyçay sakini ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb.

Proses.az “apa”ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.

 650 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.