• 02.11.2023 18:00

Sosial Hadisə Kriminal Təhsil Analitika Yazarlar Nikolay Patruşevin gizli kimliyi tapıldı – SENSASİON MƏLUMATLAR

Sosial Hadisə Kriminal Təhsil Analitika Yazarlar Nikolay Patruşevin gizli kimliyi tapıldı – SENSASİON MƏLUMATLAR

Rusiyalı jurnalistlər Federal Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Federal Vergi Xidmətinin məlumat bazasındakı gizli kimliyini ələ keçiriblər. Qeyd edək ki, Patruşevin adı vəzifəli şəxs kimi federal məlumat bazalarının demək olar ki hamısından silinib.

PROSES.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının rəhbəri, FSB-nin keçmiş direktoru Nikolay Patruşev 25 il ərzində Vladimir Putinin yaxın çevrəsində qala bilən tək-tük dövlət adamlarından sayılır.

Araşdırma zamanı Rusiya dövlətinin Patruşev və ailəsinə Qərb sanksiyalarından yayınmağa necə kömək etdiyi üzə çıxıb.

Federal Vergi Xidmətinin məlumat bazasında Nikolay Patruşev Yevgeniy Fyodoroviç Lukov adı altında gizlənir. Onun doğum tarixi, pasport nömrələri və VÖEN Rusiya Təhlükəsizlik Şurası katibinin məlumatları ilə tamamilə üst-üstə düşür.

Eyni zamanda, Federal Vergi Xidmətinin son məlumatlarında təkcə Nikolay Patruşevin deyil, onun oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşevin də adına rast gəlinmir.

Rəsmi açıqlamalara görə, Dmitri Patruşev Rusiya hökumətinin ən zəngin üzvlərindən biridir. 2021-ci ildə onun gəliri 121 milyon rubl (1 milyon 296 min ABŞ dolları) təşkil edib.

2018-ci ildə onun gəliri 184 milyona (1 milyon 973 min dollar) çatıbmış. Dmitri Patruşev bu məbləğin üçdə birini, 41 milyon rublunu o vaxt idarə heyətinin sədri vəzifəsini tutduğu dövlətə məxsus “Rosselxozbank”da qazanıb.

Andrey Patruşev hələ 2006-cı ildə, yəni 24 yaşında olarkən “Rosneft” neft şirkətinin rəhbəri İqor Seçinin müşaviri təyin edilib. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra kiçik Patruşev də atası kimi ABŞ sanksiyalarına məruz qalıb.

Jurnalist Andrey Zaxarova iddia edir ki, Federal Vergi Xidmətinin məlumat bazasında Andrey Patruşev Aleksey Qolubev olaraq dəyişdirilib.

Rosreyestr (Federal Qeydiyyat agentliyi) Patruşevlər ailəsinin mənzilləri ilə bağlı məlumatları da silib. Onlardan biri, jurnalistlərin bildiyi kimi, Moskvanın Roçdelskaya küçəsindəki yerləşir. Nikolay Patruşev bu mənzili hələ 2004-cü ildə tamamilə pulsuz alıb. Bu evdə bir kvadrat metr orta hesabla 500 min rubl qiymətləndirilir ki, bu da Patruşevlərin mənzilinin 128 milyon rubldan çox (1 milyon 300 min ABŞ dolları) başa gələ biləcəyini göstərir. Hazırda Andrey Patruşev məhz həmin mənzildə yaşayır.

“Rosreyestr”in sızdırılmış məlumat bazaları göstərir ki, Patruşev həm də Moskvanın Mosfilmovskaya küçəsindəki 218 metrlik mənzilə sahibdir. Bu binadakı mənzillər Çeçenistan rəhbərinin həyat yoldaşı Mədinə Kadırova və müdafiə naziri Sergey Şoyqunun qızı Yuliyaya məxsus olub. Həm Şoyqunun mənzili, həm də Kadırovların mənzili Rosreyestr-in onlayn bazasında görünür. Lakin Patruşevin 49 nömrəli mənzilinin adı belə keçmir. Bu yaşayış kompleksində oxşar ölçülü mənzillər 145 milyon rubla (1 milyon 500 min ABŞ dolları) satılır.

Araşdırmada Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin Vladimir Patruşev adlı bir qardaşı oğlundan da bəhs edilir. O, əvvəllər jurnalistlərin işinə mane olmaqda təqsirli bilinib. Bu gün Vladimir Patruşev mina və torpedalar istehsal edən dövlət şirkətinə rəhbərlik edir. Lakin onun adı şirkətin saytından silinib və bu da ona sanksiyalardan yayınmağa imkan verib.

DİGƏR XƏBƏRLƏR

“Bu, “sevinə bilmərik” deyənlərə də şillə kimi cavab oldu”- Əli Rais

“Bu, “sevinə bilmərik” deyənlərə də şillə kimi cavab oldu”-…

“Rusiyaya məxsus sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın, onun Ali Baş Komandanının növbəti uğurudur” Bu fikri Proses.az-a açıqlamasında jurnalist Əli Rais deyib.…
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi “Qaynarinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15…
“Nikosayağı”nın qardaşından kövrək paylaşım – FOTO

“Nikosayağı”nın qardaşından kövrək paylaşım – FOTO

Hazırda həbsdə olan “Nikosayağı” kimi tanınan bloqer Nicatın qardaşı Nihat Mütəllimov qəzada ölən Ruslanla bağlı paylaşım edib. Ruslanın məzarından foto…
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə…
Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı…”

Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı…”

“Atamın bu gün mühazirəsi var idi”. Proses.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək…
Erməni aktyoru öldürən Rəsul saxlanıldı

Erməni aktyoru öldürən Rəsul saxlanıldı

Soçidə komediya aktyoru Amiran Gevorkyanın qətlində şübhəli bilinən şəxs həbs edilib. Proses.az publika.az-a istinadən xəbər verir ki, Dağıstandan olan 33…
Aytən Səfərovanın düşdüyü QƏZA ANI – VİDEO

Aytən Səfərovanın düşdüyü QƏZA ANI – VİDEO

Hadisə bu gün səhər saat 06:30 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti…
Daha bir sabiq deputat vəfat etdi – FOTO

Daha bir sabiq deputat vəfat etdi – FOTO

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. Bu barədə universitetdən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat…
Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI – VİDEO

Dubayda olan azərbaycanlı bloger evindən dəhşətli görüntülər PAYLAŞDI –…

Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində…
Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar Qarabağdan gedir

Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar…

Şuşanın, Xankəndinin azad olunması qədər mühüm hadisə – Ruslar Qarabağdan gedir Dünəndən başlayaraq Qarabağda yerləşən Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk…
Kürəkəni ağlayaraq dedi ki, Hadı müəllim… – Mirələmov

Kürəkəni ağlayaraq dedi ki, Hadı müəllim… – Mirələmov

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat…
Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. Proses.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib. Əmrə əsasən,…
Aytən Səfərovanın ərindən ilk açıqlama

Aytən Səfərovanın ərindən ilk açıqlama

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb. Aparıcının həyat yoldaşı Nazim Piriyev Teleqraf.com-a açıqlamasında aparıcının hazırda xəstəxanada olduğunu…
Prezident qəbul keçirdi

Prezident qəbul keçirdi

Prezident İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Proses.az…
Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına MÜNASİBƏT

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına MÜNASİBƏT

“Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar…