Vətən müharibəsi şəhidi Zahir Hüseynlinin atası həyat yoldaşının zorlanması ilə bağlı dövllət qurumlarına müraciət ünvanlayıb.
AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdə şəhid anasının zorlanmasını iddia edən şəhidin atası Mahir Hüseynli açıqlama verib.
Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Hüseynov Mahir Nəsib oğlu iddia edir ki, onun yaxın qohumu Məmmədov İkram Camal oğlu həyat yoldaşına fiziki güc tətbiq edərək zorla cinsi əlaqədə olub. Bundan sonra sonuncu qadını şantaj edərək ondan 20 min manat məbləğində pul alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Zahir Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Hüseynli oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
380 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ