• 02.11.2023 18:00

Sosial Hadisə Kriminal Təhsil Analitika Yazarlar Nikolay Patruşevin gizli kimliyi tapıldı – SENSASİON MƏLUMATLAR

Sosial Hadisə Kriminal Təhsil Analitika Yazarlar Nikolay Patruşevin gizli kimliyi tapıldı – SENSASİON MƏLUMATLAR

Rusiyalı jurnalistlər Federal Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Federal Vergi Xidmətinin məlumat bazasındakı gizli kimliyini ələ keçiriblər. Qeyd edək ki, Patruşevin adı vəzifəli şəxs kimi federal məlumat bazalarının demək olar ki hamısından silinib.

PROSES.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının rəhbəri, FSB-nin keçmiş direktoru Nikolay Patruşev 25 il ərzində Vladimir Putinin yaxın çevrəsində qala bilən tək-tük dövlət adamlarından sayılır.

Araşdırma zamanı Rusiya dövlətinin Patruşev və ailəsinə Qərb sanksiyalarından yayınmağa necə kömək etdiyi üzə çıxıb.

Federal Vergi Xidmətinin məlumat bazasında Nikolay Patruşev Yevgeniy Fyodoroviç Lukov adı altında gizlənir. Onun doğum tarixi, pasport nömrələri və VÖEN Rusiya Təhlükəsizlik Şurası katibinin məlumatları ilə tamamilə üst-üstə düşür.

Eyni zamanda, Federal Vergi Xidmətinin son məlumatlarında təkcə Nikolay Patruşevin deyil, onun oğlu, kənd təsərrüfatı naziri Dmitri Patruşevin də adına rast gəlinmir.

Rəsmi açıqlamalara görə, Dmitri Patruşev Rusiya hökumətinin ən zəngin üzvlərindən biridir. 2021-ci ildə onun gəliri 121 milyon rubl (1 milyon 296 min ABŞ dolları) təşkil edib.

2018-ci ildə onun gəliri 184 milyona (1 milyon 973 min dollar) çatıbmış. Dmitri Patruşev bu məbləğin üçdə birini, 41 milyon rublunu o vaxt idarə heyətinin sədri vəzifəsini tutduğu dövlətə məxsus “Rosselxozbank”da qazanıb.

Andrey Patruşev hələ 2006-cı ildə, yəni 24 yaşında olarkən “Rosneft” neft şirkətinin rəhbəri İqor Seçinin müşaviri təyin edilib. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra kiçik Patruşev də atası kimi ABŞ sanksiyalarına məruz qalıb.

Jurnalist Andrey Zaxarova iddia edir ki, Federal Vergi Xidmətinin məlumat bazasında Andrey Patruşev Aleksey Qolubev olaraq dəyişdirilib.

Rosreyestr (Federal Qeydiyyat agentliyi) Patruşevlər ailəsinin mənzilləri ilə bağlı məlumatları da silib. Onlardan biri, jurnalistlərin bildiyi kimi, Moskvanın Roçdelskaya küçəsindəki yerləşir. Nikolay Patruşev bu mənzili hələ 2004-cü ildə tamamilə pulsuz alıb. Bu evdə bir kvadrat metr orta hesabla 500 min rubl qiymətləndirilir ki, bu da Patruşevlərin mənzilinin 128 milyon rubldan çox (1 milyon 300 min ABŞ dolları) başa gələ biləcəyini göstərir. Hazırda Andrey Patruşev məhz həmin mənzildə yaşayır.

“Rosreyestr”in sızdırılmış məlumat bazaları göstərir ki, Patruşev həm də Moskvanın Mosfilmovskaya küçəsindəki 218 metrlik mənzilə sahibdir. Bu binadakı mənzillər Çeçenistan rəhbərinin həyat yoldaşı Mədinə Kadırova və müdafiə naziri Sergey Şoyqunun qızı Yuliyaya məxsus olub. Həm Şoyqunun mənzili, həm də Kadırovların mənzili Rosreyestr-in onlayn bazasında görünür. Lakin Patruşevin 49 nömrəli mənzilinin adı belə keçmir. Bu yaşayış kompleksində oxşar ölçülü mənzillər 145 milyon rubla (1 milyon 500 min ABŞ dolları) satılır.

Araşdırmada Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin Vladimir Patruşev adlı bir qardaşı oğlundan da bəhs edilir. O, əvvəllər jurnalistlərin işinə mane olmaqda təqsirli bilinib. Bu gün Vladimir Patruşev mina və torpedalar istehsal edən dövlət şirkətinə rəhbərlik edir. Lakin onun adı şirkətin saytından silinib və bu da ona sanksiyalardan yayınmağa imkan verib.

DİGƏR XƏBƏRLƏR

Rövşən Cəfərovun qızı vəfat etdi – FOTO

Rövşən Cəfərovun qızı vəfat etdi – FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Proses.az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir…
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar: Günah KİMDƏDİR? – VİDEO

Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar: Günah…

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35”…
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan…”

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan…”

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib – red.) təcavüz edib. Teleqraf.com-un məlumatına görə, Kərəm…
Bakıda bu ərazidə söküntü, hündürmərtəbəli bina tikiləcək – VİDEO

Bakıda bu ərazidə söküntü, hündürmərtəbəli bina tikiləcək – VİDEO

Sözügedən ərazidə çoxmərtəbəli bina inşa ediləcək. Lakin Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbərliyi ərazidəki obyekt sahibləri ilə ortaq məxrəcə gələ bilməyib. Daha…
“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret…
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü – VİDEO

Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a…

Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb. Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.…
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK – VİDEO

Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK – VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun…
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? – VİDEO

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? – VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır. Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir. Təlimçi İlahə Əhmədova qeyd…
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? – ARAŞDIRMA + VİDEO

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? –…

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür.…
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur – FOTO

Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur – FOTO

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən…
“Bu, “sevinə bilmərik” deyənlərə də şillə kimi cavab oldu”- Əli Rais

“Bu, “sevinə bilmərik” deyənlərə də şillə kimi cavab oldu”-…

“Rusiyaya məxsus sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın, onun Ali Baş Komandanının növbəti uğurudur” Bu fikri Proses.az-a açıqlamasında jurnalist Əli Rais deyib.…
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi “Qaynarinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15…
“Nikosayağı”nın qardaşından kövrək paylaşım – FOTO

“Nikosayağı”nın qardaşından kövrək paylaşım – FOTO

Hazırda həbsdə olan “Nikosayağı” kimi tanınan bloqer Nicatın qardaşı Nihat Mütəllimov qəzada ölən Ruslanla bağlı paylaşım edib. Ruslanın məzarından foto…
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə…
Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı…”

Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı…”

“Atamın bu gün mühazirəsi var idi”. Proses.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək…