- 21.09.2023 11:08
Gəncədə ticarət mərkəzinin bir hissəsi çöküb

Gəncədə ticarət mərkəzinin bir hissəsində çökmə olub.
PROSES.AZ report-a istinadən xəbər verir ki, Gəncədə “Univermaq” binasının bir hissəsində çökmə olub. Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.