- 21.09.2023 11:19
İrəvanda etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Ermənistan hökumət binası yaxınlığında dünən keçirilən etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə, 2 nəfər inzibati məsuliyyətə cəlb edilib.
PROSES.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” xəbər yayıb.
Qeyd edək ki, ötən gün İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb.