• 21.09.2023 15:46

8 rus hərbçisini öldürməyə görə işdən çıxarılan korpus komandirinin kimliyi bilindi – Hadisənin detalları

8 rus hərbçisini öldürməyə görə işdən çıxarılan korpus komandirinin kimliyi bilindi – Hadisənin detalları

8 rus hərbçisini öldürməyə görə işdən çıxarılan korpus komandirinin kimliyi bilinib.

Musavat.com-un apardığı araşdırmalara görə bu, MN 1-ci Korpusun komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu, 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub.

O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.

Qiyas Abbasovun adı “Tərtər işi”ndə də hallanıb. Məhkəmələrin birində zərərçəkmiş şəxs qismində dindirilmiş Elmar Saleh oğlu Allahverdiyev deyib ki, 2016-cı ilin mayında xidmətdə olduğu hərbi hissənin komandiri Qiyas Abbasov onun kapitan rütbəsinin təqdimatını dayandırıb. Komandirdən bununla bağlı səbəb soruşduqda o, Seysulan istiqamətində baş verən uğursuzluğun səbəbkarının onun bölməsi olduğunu deyib. O, hansı səhvə yol verdiyini soruşanda, komandir bildirib ki, Seysulan istiqamətində kəndin sol cinahı istiqamətində keçid ərazisi minadan təmizləndiyi halda və həmin yerdən düşmən mövqelərinə keçməyə imkan olduğu halda bunu etməyib. Onu da bildirib ki, həmin yer minadan təmizlənməyib və dərhal həmin yerə baxış keçirilməsini tələb edib. Tələbi qarşısında Qiyas Abbasov çıxılmaz vəziyyətə düşdüyünə görə həmin yerə baxış keçirilib və müəyyən edilib ki, ərazi minalanmış vəziyyətdədir. Lakin bununla bağlı heç kimə heç bir söz deyilməyib və araşdırma aparılmayıb. Çünki komandir özü yuxarı rəhbərliyə uğursuzluğun səbəbini başqa cür, yəni yalan məruzə edib. Belə olan halda Qiyas Abbasov ona bildirib ki, o, döyüş əməliyyatları zamanı sol cinahdan sağ cinaha özbaşına keçib, bununla da döyüş planını pozub.

Onu da bildirək ki, hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan da həlak olub. 

Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…