• 21.09.2023 16:45

“Separatçılar silahlarını təhvil verəndən sonra …” – Elçin Əmirbəyovdan SENSASİON MÜSAHİBƏ

“Separatçılar silahlarını təhvil verəndən sonra …” – Elçin Əmirbəyovdan SENSASİON MÜSAHİBƏ

“Biz güman edirik ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən sonra, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra, bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək və həmçinin, sülh müqaviləsinin razılaşdırılması və imzalanması üçün də münbit şərait yaradacaq. Bilirsiniz ki, bir ilə yaxındır ki, bu müzakirələr davam edir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın İ24 telekanalına müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik.

Aparıcı: Bakıya bağlanırıq. Müsahibimiz Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdur. Biz onunla son atəşkəs razılaşması haqqında danışacağıq. Axşamınız xeyir, Elçin Əmirbəyov, sizə təşəkkür edirəm. Siz fransızca danışacaqsınız?

Elçin Əmirbəyov: Bəli, dəvət üçün təşəkkür edirəm.

Aparıcı:  Xahiş edirəm, mənə söyləyin, Azərbaycandakı əhval-ruhiyyə haqqında ilk öncə soruşmaq istəyirəm. Dağlıq Qarabağda separatçılara qarşı bu münaqişədə Azərbaycan özünün son sözünü dedimi?

Elçin Əmirbəyov: Əldə olunmuş razılaşmada deyildiyi kimi, separatçılar buraxılmalıdırlar. Bu anti-terror tədbirlərindən sonra Azərbaycan özünün bu ərazisi üzərindəki suverenliyini tam bərpa etdi. Həmçinin, məlumdur ki, beynəlxalq hüquqa əsasən, o cümlədən də, dünya ictimaiyyətin qəbul etdiyi kimi bu torpaqlar Azərbaycan ərazisidir. Hamı, o cümlədən də, Fransa bu faktı qəbul edir. Hesab edirəm ki, bu razılaşmanın vacib nəticələrindən biri də ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin həlli üçün də mühüm təsirə malik olacaq. Söhbət danışıqlar mövzusu olan sülh müqaviləsinin imzalanmasından gedir. Çünki qeyri-qanuni erməni hərbi kontingentin bizim ərazimizdə olması həm iki ölkə arasında danışıqlara, həm də sülh prosesinin davam etdirilməsinə ən ciddi maneə idi. Biz güman edirik ki, separatçılar qanunsuz silahlı birləşmələrini ləğv edib silahlarını təhvil verəndən sonra, həmçinin Ermənistan ordusunun qalıqları ölkəmizi tərk edəndən sonra, bu, Ermənistanla Azərbaycan arasında səmərəli dialoqa öz müsbət təsirini göstərəcək və həmçinin, sülh müqaviləsinin razılaşdırılması və imzalanması üçün də münbit şərait yaradacaq. Bilirsiniz ki, bir ilə yaxındır ki, bu müzakirələr davam edir.

Aparıcı: Əgər bu gün  Azərbaycanın ərazi bütövlüyü bərpa olunubsa, Dağlıq Qarabağda yaşayan erməni sakinlər sülh və təhlükəsizlik şəraitində Azərbaycanın bu ərazisində yaşayacaqlarmı?

Elçin Əmirbəyov: Əlbəttə. Amma kiçik bir düzəliş etmək istəyirəm. “Dağlıq Qarabağ” mövcud deyil. Azərbaycan ərazisində yalnız Qarabağ regionu var. “Dağlıq Qarabağ” Sovet İttifaqı dönəmində süni yaradılmış bir anlayış idi. Bir də orada yaşayan sakinlərin sayı haqqında demək istəyirəm. Çünki bunda da yanlışlıq edilir. 120 000 rəqəmini işlədirlər. Halbuki, təxmini rəqəmlərə görə orada cəmi 50 000-ə yaxın erməni əsilli sakin yaşayır. Bu rəqəmə 10 000 silahlı birləşmə də daxildir ki, onlar da tərksilah olunub ərazimizi tərk etməlidirlər. Hesab edirəm ki, bu sülh üçün çox vacibdir. Həmin razılaşmaya da bu mənada əməl olunmalıdır. Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının təmsilçiləri ilə Qarabağdakı erməni sakinlərin nümayəndələri arasında keçirilən görüşdə Qarabağda yaşayan ermənilərin Azərbaycanın siyasi və iqtisadi məkanına reinteqrasiyası məsələləri müzakirə olunacaq. Qeyd edim ki, bizim tərəfimizdən bununla bağlı artıq müvafiq fikirlər və hətta tədbirlər planı hazırlanıb. Həmin təkliflər erməni icmasının nümayəndələrinə təqdim olunacaq. Buraya onların hüquqları və Azərbaycan vətəndaşları kimi əldə edəcəkləri haqqlar daxildir. Vacib olan odur ki, erməni nümayəndələr konstruktiv davransınlar. Təbii ki, bu da həm danışıqlara, həm də onun nəticə verməsinə müsbət təsir göstərə bilər.

Aparıcı: Cənab Əmirbəyov, sonuncu sualı vermək istəyirəm. Siz nikbinsinizmi? Çünki Azərbaycan bu axşam bəyan etdi ki, Ermənistanla uzun sürən gərginlikdən və müharibədən sonra münasibətlərini normallaşdırmağa hazırdır. Siz ermənillərin də münasibətləri normallaşdırmağa hazır olmaqlarına nikbin baxırsınızmı?

Elçin Əmirbəyov: Bəli. Peşəm diplomat olduğuna görə, bir qayda olaraq nikbin olmağa çalışmalıyam. Lakin bununla yanaşı hesab edirəm ki, ərazimizdə qanunsuz silahlı birləşmələrin mövcudluğu problem aradan qaldırılmalı idi. İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub. Ona görə də Ermənistan Azərbaycanla müzakirələri, danışıqları bərpa etməlidir. Ermənistanla müzakirə aparan bizim heyətimizin üzvü kimi deməliyəm ki, sülh müqaviləsinin layihəsinin demək olar ki yarısı razılaşdırılıb və bu, hər iki tərəfin konstruktiv yanaşma yolu ilə edilib. İndi bizim dünyanın, xüsusilə də, hər iki xalqın – azərbaycanlıların və ermənilərin qəbul edəcəyi müsbət nəticəyə gəlmək üçün daha çox ümidimiz var. Hazırda onların yaxşı qonşular kimi, sülh, sabitlik və tərəqqi şəraitində həyatlarını davam etdirmək şansları yaranıb.

Aparıcı: Elçin Əmirbəyova təşəkkür edirəm. Xatırladım ki, o, Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsidir. Bakıdan bizə canlı yayımla qoşulduğunuz üçün sizə təşəkkür edirəm.

 

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…