• 22.09.2023 23:51

Meydan TV və “HamamTimes”in hamamdakı meydanı – Jurnalistika sabun köpüyü deyil

Meydan TV və “HamamTimes”in hamamdakı meydanı – Jurnalistika sabun köpüyü deyil
İkinci Qarabağ savaşında informasiya mühitinə sistemli nəzarət,  jurnalistlərin, sosial şəbəkə fəallarının vəziyyəti soyuq başla qiymətləndirməsi həm ön cəbhədə, həm də xəbər məkanında qalibiyyətimizin təminatına böyük dəstək oldu. 
 
Təbii ki, əks mövqe sərgiləyən istisnalar da arada gözə dəyib, könül bulandırdı. Belə hallarla daha çox sosial şəbəkə hesablarında üzləşdik. O hesabların idarəçiləri həmişəki amplualarında idilər. Azərbaycanın inkişafını istəməyən məkrli qüvvələrin tapşırığı ilə dövlətin sütunlarından biri olan jurnaistika prinsiplərinin tapdanması, belə “jurnalistlərin”, “aktivistlərin” çörək ağacıdır.
Həmin “çörək ağacı”ndan Azərbaycanın Qarabağ iqtisadi rayonunda 19 sentyabrda başladılaraq, cəmi 24 saat davam edən və böyük uğurla nəticələnən anti-terror tədbirləri zamanı da asıldılar. Bu dəfə sərgilədikəri utancverici hərəkət elə öz izləyiciləri tərəfindən qınaq atəşinə tuş gəldi. O dərəcədə biabırlığa yol verdilər ki, həm arxalarında dayanan məkrli xarici qüvvələri ifşa etmiş oldular, həm də onları bir inforamsiya məkanı kimi seçən oxucuların “ayıb olsun” təhdidinə tuş gəldilər.
“Qəhrəmanların” adlarını çəkək, jurnalistika etikasına sığmayan hərəkətlərinin fotofaktını təqdim edək, necə ağır oxucu təpkisi ilə üzləşdiklərinin əyani sübutunu göstərək. 
Meydan TV internet kanalı və onun sosial şəbəkə hesablarının, müxtəlif şəbəklərdəki “Hamamtimes” səhifəsinin (adı hər şeyi deyir – MMQ.) antiterror əməliyyatları zamanı yaydığı məlumatların bir çoxu dövlət sirri sayılacaq qədər məzmuna malik idi. O cümlədən Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları şərtlərinin pozuntusuna yol verdilər.
Faktlar: Qarabağ ərazisində sülhməramlılara məxsus avtomobilin hansı qüvvələr tərəfindən atəşə tutulması barədə rəsmi məlumat olmamasına, hələ araşdırmalar aparılmasına baxmayaraq, Meydan TV Azərbaycan Prezidentinin guya Rusiya Prezidentindən bu hadisəyə görə üzr istədiyini yazdı. Bununla heç bir fakta söykənmədən, dəlilsiz, sübutsuz Azərbaycan tərəfini ittiham etmiş oldular. 
1. Almaniyadan maliyyələşməsinə baxmayaraq, azərbaycanlı kadrların işlədiyi, fəaliyyətini Azərbaycanda yerinə yetirdiyi bir sayt üçün belə iddia çox ayıbdır. O Azərbaycan ki, iddia yayılan gün terrorçu erməniləri tərkisilah etməkdəydi. Həm də ona görə ki, jurnalistlər təhlükəsiz ölkədə yazıb-yaratsınlar.
2. Dəqiqləşdirilməmiş informasiya yaymaq beynəlxalq jurnalistika prinsipinin pozuntusudur. O jurnalistlər Azərbaycanda çalışdıqlarına görə, Jurnalistlərinin Etik Davranış Qaydalarına da əməl etmək öhdəlikləri var. Bunun adı məhz Meydan TV üçün mənəvi öhdəlikdir. Əgər desələr ki, biz Mətbuat Şurasının üzvü deyilik, qurultayda iştirak etməmişik, “bəs azərbaycanlı da deyilsiniz” sualı ilə qarşılaşa biləcəkləri üçün gərəkdir mənəvi öhdəliyin nə demək olduğunu unutmasınlar.
PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
1.1  Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
Növbəti rəzillik:
Yazdılar ki, Qarabağda gedən döyüşlər nəticəsində ermənilərə məxsus bir uşaq, bir böyük ölüb, 23 nəfər yaralanıb. Sanki erməni düşüncəsi ilə yazılıb. Azərbaycan bir mülki şəxsi belə, hədəfə almadığını nəinki bəyan etdi, hətta Müdafiə Nazirliyi yaydığı videolarla bu arqumenti riyazi dəqiqliklə əsaslandırdı. Belə olan təqdirdə, həm də təsdiqlənməmiş “xəbəri” yazmağın adı nədir? Casusluq? Sual işarəsini saxlamağı, yaxud götürməyi oxucuların ixtiyarına buraxırıq. O oxucuların ki, saytı bu məzmunlu xəbərlər yaydığına görə ağır ifadələrlə “bəzədilər” (təqdim etdiyimiz fotolardan aydın görünür – MMQ.)
 
Rəzilliyin daha bir növü:
Antiterror tədbirlərində həyatını itirən hərbçilərimizlə bağlı siyahı yaydılar. Halbuki hələ şəhidlər və yaralılar barədə rəsmi siyahı yayılmayıb, əlbəttə, dövlət baba belə məsləhət bilir. Yuxarıda yazdıq: fövqəladə hallar zamanı informasiyanın idarə olunması qaydaları hökumətin qərarı ilə tamamən redaktəyə məruz qalır və qalmalıdır. 
 
Hələ “Hamamtimes”a baxın. Hamamda zəhərli tüstünun “uqarı”ndan boğulub. Yoxsa, hamının bildiyi həqiqəti, bu həqiqətin baş verməsində xalqın, dövlətin xeyrinə olan məqamları nəzərə almadan “Azərbaycanda internet problemi yaşanır” xəbərini niyə həvəslə tirajlasın ki?.. Boğulma effektidir.
Jurnalist də deyillər ki, problemin öz-özünə yaşanmadığını anlasınlar. İnternetin məhz rəsmi səviyyədə zəiflədildiyini dərk etsinlər. İnternetin aktiv fazada olması bu kimi əməliyyatlarda düşmənə dezinformasiya manevrləri etməyə imkanlar açır. Dövlətin tədbirinin əleyhinə məlumat fonu yaratmaq məcəllə pozuntusudur. Qoy hüquqşünaslar müəyyənləşdirsin, haqqında danışdığımız yox, danışmaq istəmədiyimiz bu kimi xəbər yayıcıları hansı məcəllələrlə məsuliyyət daşıyırlar.
Biz Mediaekspert.az saytı olaraq, jurnalistika prinsiplərindən çıxış edirik. Yayılan və izləyicilərin açıq, ağır tənqidinə məruz qalan məlumatların jurnalistikanın təməl prinsiplərinə kəskin zərbə olduğu danılmaz faktdır.
Mediaekspert Monitorinq Qrupu  

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…