• 28.09.2023 21:39

Bu dünyadan bir Qənirə Paşayeva keçdi – Azərbaycanın millət vəkili 48 yaşında vəfat etdi

Bu dünyadan bir Qənirə Paşayeva keçdi – Azərbaycanın millət vəkili 48 yaşında vəfat etdi

Xəbər verdiyimiz kimi bir neçə saat öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva dünyasını dəyişdi.

Qənirə Paşayevanın vəfatı ilə bağlı sosial şəbəkələrdə demək olar ki, hər kəs rəhmət yazır, qəhərlənir, bu itki ilə barışa bilmir. Cəmiyyət Qənirə xanımı hər zaman ən çətin anında anır, ondan imdad umurdu. Qənirə Paşayeva isə heç zaman kimliyindən asılı olmayaraq ondan kömək umanları cavabsız qoymurdu. Ona görə də boşuna demirlər ki, Qənirə Paşayevanın itkisi eldən getdi.

Qənirə Paşayeva Azərbaycan tarixində yeni bir səhifə idi. Bu səhifə artıq qapandı, onun yerini çətin ki, hansısa deputat, cəmiyyət adamı doldura bilər.

Onun keçdiyi ömür yoluna qısa da olsa nəzər salaq:

Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Ələsgər qızı Paşayeva 24 mart 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub.

O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir.

Qənirə Paşayeva 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

O, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdi.

Mükafatları

29 dekabr 2021-ciildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif edilib.

Gürcüstanın fəxri vətəndaşıdır.

Kitabları

Nobel mükafatlı qadınlar

“Tarixə adını yazan qadınlar” (3 cilddə )

“Xocalı soyqırımı” (26 fevral 1992): şahidlərin dilindən”

“Səndən sonra”

“Türk ruhunun söz bayrağı Əhməd Cavad”

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 24 sentyabr 2023-cü ildə komaya düşmüşdü. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görüldü. 28 sentyabr 2023-cü ildə O, müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat etdi.

Allah rəhmət eləsin!

 

DİGƏR XƏBƏRLƏR

“”Nəsimi” filmi çəkiləndə evli olmasaydım, biabırçılıq olardı” – VİDEO

“”Nəsimi” filmi çəkiləndə evli olmasaydım, biabırçılıq olardı” – VİDEO

“Nəsimi filmi çəkiləndə evli idim, iki uşağım vardı, yoxsa biabırçılıq olardı”. Milli.Az bildirir ki, bu sözləri Xalq artisti Rasim Balayev…
“Afaq Bəşirqızı ilə əlləşib, vuruşub, münasibəti korladılar”

“Afaq Bəşirqızı ilə əlləşib, vuruşub, münasibəti korladılar”

“Hər şey mənim çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrındaki tərəf müqabillərimdən aslı olub. Bu gün onların adlarını çəkməsəm də… Çəkə…
“Balaəliyə təşəkkür edirəm, nə yaxşı, prorektor olmaq istəməyib” – Deputat

“Balaəliyə təşəkkür edirəm, nə yaxşı, prorektor olmaq istəməyib” –…

Meyxanaçı Balaəlinin “Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm” fikirləri hələ də gündəmdə qalmaqda davam edir. Bir sıra tanınmış simalar…
Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı

Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40…
Emin Ağalarov Alyona Qavrilova ilə EVLƏNDİ

Emin Ağalarov Alyona Qavrilova ilə EVLƏNDİ

Xalq artisti və iş adamı Emin Ağalarov model Alyona Qavrilova ilə yenidən nikaha girib.  Proses.az bizim.media-ya istinadən bildirir ki, mayın…
Məşhur aktyor aparıcılıq edəcək

Məşhur aktyor aparıcılıq edəcək

Məşhur türk aktyor Oktay Kaynarca aparıcılıq edəcək. Metbuat.az bildirir ki, o, “Alan” adlı yarışmanın aparıcısı olacaq. Layihə “The floor” adlı…
Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı – SƏBƏB…

Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı – SƏBƏB…

Afrika ölkəsi Cibutidə malyariyanın yayılmasına səbəb olan istilaçı növlərlə mübarizə aparmaq üçün havaya xüsusi ağcaqanadlar buraxılıb.  Proses.az BBC-yə istinadən xəbər verir…
Vardanyanın şikayəti rədd edildi

Vardanyanın şikayəti rədd edildi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata…
Azərbaycanda İLK DƏFƏ: Avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI

Azərbaycanda İLK DƏFƏ: Avtomobillərin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.…
“Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki…”

“Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki…”

“Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim. Çünki aparıcılar lazımsız suallar verirlər. Sonra da cavablarımızı düzüb-qoşurlar.…
“Miss Azerbaijan”dan etiraf: Onu “ZAQS”da tərk etdim, kəllə atıb burnumu qırdı

“Miss Azerbaijan”dan etiraf: Onu “ZAQS”da tərk etdim, kəllə atıb…

“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova son paylaşımı ilə gündəmə gəlib. Yenisabah.az xəbər verir ki, o, vaxtilə üzləşdiyi çətinlikləri…
Xoşqədəm 14 kq arıqlamağının sirrini açdı

Xoşqədəm 14 kq arıqlamağının sirrini açdı

“Sənət adamları, daim yaradıclıqda bir şey edən insanı tutub saxlamaq mümkün deyil. Doğuş da arada öz vətənin gedir. Ora gedir…
Rəşad Dağlının övladları üçün qafiyə açdılar – VİDEO

Rəşad Dağlının övladları üçün qafiyə açdılar – VİDEO

Meyxanaçı Balaəli və Orxan Lökbatanlı həbsdə olan həmkarları Rəşad Dağlının övladları ilə bir araya gəliblər. Yenisabah.az xəbər verir ki, məclislərin…
Nüşabə onu qınayanlara cavab verdi: Rəqslərim daha qeyrətlidir + VİDEO

Nüşabə onu qınayanlara cavab verdi: Rəqslərim daha qeyrətlidir +…

Müğənni Nüşabə Musayeva rəqslərinə görə onu qınayanlara cavab verib. Yenisabah.az xəbər verir ki, növbəti rəqs görüntülərini sosial şəbəkə hesabında paylaşan…
“Müharibə veteranlarına verilən 80 manatı qaldırın”

“Müharibə veteranlarına verilən 80 manatı qaldırın”

“Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyona yaxın ehtiyat var,…