- 29.09.2023 00:35
Qənirə Paşayevanın son FOTOSU
Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva bu gün axşam saatlarında, müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Proses.az xəbər verir ki, sosial şəbəkələrdə onun sonuncu iştirak etdiyi tədbirdə çəkilmiş fotosu yayılıb. Həmin tədbir sentyabrın 21-də baş tutub. Fotodan göründüyü kimi, Qənirə Paşayeva solğun və xeyli zəifləmiş haldadır. Məlumat üçün qeyd edək ki, Qənirə Paşayeva bu foto çəkiləndən 2 gün sonra – sentyabrın 23-də koma vəziyyətinə düşüb. Onu da qeyd edək k, sabah saat 10-da Heydər Məscidində millət vəkili üçün cənazə namazı qılınacaq. Saat 11 radələrində isə onun nəşi 2-ci Fəxri xiyabanda son mənzilə yola salınacaq.