• 29.09.2023 14:00

“Gələcəkdə ermənilər Azərbaycan şəhidlərinə rəhmət oxuyacaq” – siyasi şərhçi

“Gələcəkdə ermənilər Azərbaycan şəhidlərinə rəhmət oxuyacaq” – siyasi şərhçi

“Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirlərinin əsas səbəbi Zəngəzur dəhlizi ilə bağlı idi”.

Bu sözləri Musavat.com-a siyasi şərhçi Heydər Oğuz deyib.

 

Onun fikrincə, bir çox siyasi xadim və mütəxəssislər antiterror tədbirlərini şərh edərkən nədənsə bu amili görməzlikdən gəlirlər.

“Halbuki əsas məqsəd Zəngəzur dəhlizinin açılması istiqamətində ən mühüm keçid nöqtəsini maneələrdən təmizləmək idi. Son tədbirlərə İranın, Rusiyanın, Qərbin, ümumiyyətlə, dünya dövlətlərinin passiv reaksiyası bundan qaynaqlanırdı. Çünki bu layihənin həyata keçirilməsi bütün dünyanın maraqlarına uyğundur və Qarabağ ermənilərinin etirazları həmin marşrutun işə salınmasında ciddi maneə kimi dayanırdı. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan antiterror tədbirlərindən sonra verdiyi bəyanatında Ermənistanı Zəngəzur yolunu açmağa çağırdı, əks halda o xəttin İrandan keçəcəyini diqqətə çatdırdı”, – Heydər Oğuz bildirib.

Bəs İranın iştirak edəcəyi, Çindən başlayıb Avropada tamamlanacağı düşünülən “Bir Yol, Bir Kəmər” nəqliyyat dəhlizinin Cənubi Qafqaz ayağı olan Zəngəzur dəhlizinin reallaşmasına Qərb ölkələri, xüsusilə ABŞ niyə razılıq verdi? Axı ABŞ və Böyük Britaniya kimi dövlətlər açıq şəkildə Çini və İranı özünün ən ciddi rəqibi olaraq elan edib və “Bir Yol, Bir Kəmər” layihəsinin reallaşmaması istiqamətində bir sıra addımlar atırlar. Üstəlik, Rusiya niyə özünü kənarda qoyan bu layihənin reallaşmasına təmkinlə yanaşır?

 

Bu sualları cavablandıran Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizinin məqsəd və məramları barədə cəmiyyətdə yanlış təsəvvürlər var:

“Əvvəla, bu marşrutun Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə aid nəqliyyat dəhlizi ilə birbaşa deyil, dolayısıyla əlaqəsi var. Bilirsiniz ki, SSRİ hələ yeni dağılanda, konkret olaraq 1993-cü ildə Avropa İttifaqının təşəbbüsü ilə yeni bir layihə ortaya atıldı – “TRASEKA. Avropa-Cənubi Qafqaz-Orta Asiya Nəqliyyat Dəhlizi” anlamına gələn bu layihə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsinin iqtisadi cəhətdən Avropaya inteqrasiyasını nəzərə tuturdu. Daha sonra bu layihəyə Ukrayna, Türkiyə, Moldova, Balkan ölkələri də qoşuldu. Səhv etmirəmsə, həmin sazişə 1993-cü ildə Ermənistan da imza atmışdı. Ancaq Qarabağ problemi və Ermənistanla Azərbaycan arasında münaqişənin davam etməsi qonşu dövlətin əslində qurucusu olduğu bu layihədən kənarda qalmasını şərtləndirirdi. Qarabağ problemi həll olunmayana qədər Ermənistanın bu layihəyə aktiv şəkildə qoşulması da mümkün deyildi. Görünür, dünya dövlətləri artıq ermənilərin pozucu fəaliyyətindən bezdiyinə görə məsələnin kökündən həllinə seyrçi qalmağa razılıq veriblər”.

Həmsöhbətimiz onu da qeyd edib ki, 1993-cü ildə ortaya atılmış TRASEKA layihəsinə Çin 2013-cü ildə qoşulub:

“Yəni 21 ildən sonra. Çin lideri Si Cinpinin 2013-cü ildə Qazaxıstana səfəri zamanı bəyan etdiyi “Bir Yol, Bir Kəmər” layihəsi ilə bu prosesə qoşulması əslində Qərb ölkələrini də sevindirmişdi. Çünki layihə ortaya atıldıqdan sonra onun rentabelliyi mübahisələndirilməyə başlanmışdı. Rusiyanın özündən yan keçən bu layihənin baş tutmaması üçün Orta Asiya ölkələrinin inkişafına mane olması, TransXəzər enerji xəttinin reallaşmasına açıq-aşkar qarşı çıxması istər-istəməz TRASEKA layihəsinin də əhəmiyyətini azaldırdı. Çinin prosesə qoşulması ilə bu problem ortadan qalxdı. Bu baxımdan layihəni Çinin layihəsi adlandırmaq doğru deyil. Layihə əslində Avropa İttifaqına aiddir və uzun illərdən sonra Çin bu layihəyə qoşulmaqla sadəcə onun rentabelliyini artırıb”.

 

İranın 2019-cu ildə TRASEKA layihəsinə qoşula biləcəyini açıqladığını xatırladan Heydər Oğuzun fikrincə, ortada narazı olan yeganə ölkə Rusiya qalmışdı: “Çünki bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanı təcrid etmək məqsədi daşıyırdı. Amma ötən il başlayan Ukrayna savaşından sonra bütün Avropa ölkələrinin Rusiya ilə hava, su, quru əlaqələrini bağlaması onu da faktiki olaraq bu dəhlizə ümid yeri kimi baxmağa vadar etdi. Ona görə ki, Rusiyanın hazırda Qərbə açılan yeganə qapısı Azərbaycandan keçib Türkiyəyə qədər uzanan dəmir yolu xəttidir”.

İrana gəlincə, Heydər Oğuz Hindistanda keçirilən son G-20 sammitində Tehranın da başqa ümidlərinin qalmadığını vurğulayıb: “Çünki İran Hindistandan başlayıb İran-Ermənistan-Gürcüstan xəttilə Qara dənizinə çıxan Baharat (ədviyyat) yoluna ümid bağlamışdı. Hindistan sammitində isə alternativ marşrut üzərində anlaşma sazişi bağladı. Bu sazişə görə, Yeni Baharat yolu Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan üzərindən çəkiləcəkdi. Üstəlik, İraqdan keçib Türkiyəyə açılan bir başqa alternativ də var və bu marşrut üzərində də ciddi işlər gedir. İranın bu zamana qədər “qırmızı cizgisi” hesab etdiyi Zəngəzur xətli Cənub-Şimal marşrutu ətrafında isə ciddi müharibə gedir. Heç bir ciddi dövlət və şirkət bu cür münaqişənin getdiyi marşrut üzərindən nəqliyyat dəhlizinə etimad göstərə bilməz.

Üstəlik, istər TRASEKA, istərsə də Baharat yolunda əsasən dəmir yoluna üstünlük verilir. İranın Türk dünyasını təcrid edəcəyini düşündüyü Ermənistan-Gürcüstan xətli Cənub-Şimal dəhlizində isə dəmir yolu yoxdur və çəkilməsi də müşküldür. Çünki bu xətt dolanbac dağ yollarından və ya 10 km-lərlə uzanan tunellərdən keçməlidir. Bu isə xərcin borcu ödəmədiyi planlaşdırma tələb edir və marşrutun rentabelliyini azaldır. Halbuki, Azərbaycanın İrana təklif etdiyi daha qısa dəmir yolu xətti var və bu yol həm şimala, yəni Rusiyaya, həm də Qərbə, yəni Gürcüstanın Poti limanına uzanır. Üstəlik, İrandan Türkiyəyə, Türkiyədən Avropaya çıxış imkanı da var. Məhz bu səbəbdən Rəcəb Tayyib Ərdoğan Baharat yolu barədə danışarkən “Türkiyədən keçməyən heç bir yol mümkün deyil” demişdi”.

Siyasi şərhçinin iddiasına görə, əslində 2020-ci ildən etibarən İranın ermənipərəst kəsilməsinin səbəbi heç də ermənilərə duyduğu böyük məhəbbətdən irəli gəlmirdi: “Onun məqsədi Yeni Baharat yolunda olduğu kimi, bu gün bir çoxumuzun “Yeni İpək yolu” adlandırğımız TRASEKA nəqliyyat dəhlizi üzərində də tranzit ölkə haqqı qazanmaq idi. Bunun üçün Ermənistan təcrid olunmalı və yenidən oyundankənar vəziyyətə salınmalı idi. Ona görə də İran erməniləri qızışdırır, Azərbaycanla perspektivsiz savaşa sürükləyir və “Qırmızı cizgi”, “şirin quyruğu” bəhanələri ilə Ermənistanı dəstəkləyirdi. Bir çox ermənilər də Tehranın bu məkrli siyasətinə inanır, özləri də bilmədən ölkələrini bədbəxtliyə sürükləyirdilər. Amma təbii ki, ermənilərin də Avropaya inteqrasiyasında maraqlı olan və məhz həm də bu səbəbdən TRASEKA layihəsini ortaya atan Qərb dövlətləri, o cümlədən ABŞ bu məkrli siyasətin fərqində idilər və yeri gəldikcə, Paşinyana hansı təhlükə ilə qarşı-qarşıya qaldıqlarını izah edirdilər”.

Qərb dövlətlərinin təlqinləri ilə Paşinyanın da artıq “haqq yoluna” gəldiyini düşünən siyasi şərhçi İrəvanın Brüssel və Praqa görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanımasını da bu amillə izah edir. Onun fikrincə, Paşinyan bu bəyanatları verməklə həm İranın, həm də Rusiyanın planlarını pozmağa çalışırdı və Putinin özü də bunu gizlətmir: “Ermənistan baş naziri sonunda başa düşdü ki, köhnə himayədarlarının planları əslində Ermənistanın son tikəsini də əlindən almaqdır. Odur ki, erməni-Türk münaqişəsini bitirməyə, Türkiyə vasitəsilə Avropaya, Azərbaycan vasitəsilə ilə isə Orta Asiyaya bağlanmağa qərar verdi. Onun Zəngəzur dəhlizi məsələsində yeganə iradı həmin xəttin öz suverenliyi altında olmasıdır. Çünki 9 noyabr 2020-ci ildə bağlanan üçtərəfli bəyanata görə, həmin dəhliz Rusiyanın ixtiyarında olmalıdır. Bu isə faktiki olaraq Ermənistanı mənfəətdən məhrum edir və tranzit haqqını Rusiyaya qazandırır”.

 

Paşinyanın bu məsələdə haqsız olmadığını düşünən Heydər Oğuzun fikrincə, Rusiyanı və qismən İranı bölgədən kənarlaşdırmaq məqsədi daşıyan TRASEKA layihəsinə qoşulması üçün İrəvanı ciddi sınaqlar gözləyir:

“O, ilk növbədə Rusiyanın hərbi qüvvələrini öz ölkəsindən çıxarmalı, Moskvaya və Tehrana bağlı qüvvələri zərərsizləşdirməlidir. Əks halda, Paşinyan hakimiyyətinin özü devrilə və Ermənistan bu layihəyə qatılmaq imkanını tamamilə itirə bilər. Halbuki, 1993-cü ildə TRASEKA layihəsi qəbul ediləndə Ermənistanın da bu prosesə qoşulması nəzərdə tutulurdu. Hazırda isə Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan Bakı-Tblisi-Qars dəmir yolu, TANAP, Bakı-Ceyhan enerji xətləri ilə faktiki bu layihənin içindədirlər. Orta Asiya-Avropa arasında ticarət həcmi artıqca Bakı və Tblisi bu xətləri daha da genişləndirə bilərlər. Belə olan təqdirdə isə uduzan tərəf yenə İrəvan olacaq. Bu baxımdan Azərbaycanın istər 2020-ci ildə, istərsə də indi Qarabağda apardığı hərbi tədbirlər nəticə etibarilə İrəvanın da maraqlarına xidmət edirdi. Yəqin ki, gələcəkdə erməni tarixçiləri bu əməliyyatlara görə Azərbaycan xalqına və onun şəhidlərinə rəhmət oxuyacaq, öz ölənlərini isə lənətləyəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Yeni ildə 7 gün iş olmayacaq

Yeni ildə 7 gün iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Proses.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi…
Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi – FOTO

Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi – FOTO

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib. Proses.az axar.az-a…
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib – FOTO, VİDEO

İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib – FOTO, VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Proses.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi – FOTO

Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin…

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. Proses.az yenisabah.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Səbinə Mikayıl qızı…
İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya bilmədi – FOTO

İstintaqa cəlb edilən növbəti türkiyəli fenomen göz yaşlarını saxlaya…

Çirkli pulların yuyulması ittihamı ilə həbs olunan türkiyəli fenomenlər, iş adamları Dilan-Engin Polat cütlüyünün aqibətindən sonra digər fenomenlərin sərvəti də…
Jurnalistin Qəzzada həlak olması ilə bağlı AÇIQLAMA

Jurnalistin Qəzzada həlak olması ilə bağlı AÇIQLAMA

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin fotomüxbiri Montaser Əl-Savafın Qəzza bölgəsində peşə borcunu yerinə yetirərkən həlak olmasını qınayır və jurnalistlərin…
Dəmir yolunda daha bir piyada diqqətsizliyi – Ölən var

Dəmir yolunda daha bir piyada diqqətsizliyi – Ölən var

Saat 00:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli…
Neftçalada şəhid ailəsinin evində soyğunçuluq edən şəxs SAXLANILDI

Neftçalada şəhid ailəsinin evində soyğunçuluq edən şəxs SAXLANILDI

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi…
Bu gündən Azərbaycanda prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən Azərbaycanda prezidentliyə namizədlər irəli sürülə bilər

Bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədlər irəli sürülə bilər. Proses.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin…
Alimlərdən XƏBƏRDARLIQ: Rekord istiləşmə və duzlaşma…

Alimlərdən XƏBƏRDARLIQ: Rekord istiləşmə və duzlaşma…

ABŞ-ın Sent-Corc şəhərindəki Bermud Okean Elmləri İnstitutundan olan alimlər Bermud adaları yaxınlığında Atlantik okeanının bütün müşahidə dövrü ərzində maksimal həddə…
Dünya gündəmini zəbt edən dəhşətli Görüntülər

Dünya gündəmini zəbt edən dəhşətli Görüntülər

İki gün öncə Qəzza zolağının şimalında çəkildiyi iddia edilən görüntülər gündəm olub. “Qafqazinfo” xəbər verir ki, onlarla yarıçılpaq kişinin yanında…
Bakıda ana övladını taksidə qoyaraq qaçıb – FOTO

Bakıda ana övladını taksidə qoyaraq qaçıb – FOTO

Bakıda ana övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım…
Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? – İDDİA

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? –…

Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa…
Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır – FOTO

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır – FOTO

Rusiya azərbaycanlı qadını axtarışa verib. Lent.az xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunur ki, 39…
Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA

Ağdaşda məktəbli qollarını kəsərək, sosial şəbəkədə paylaşıb – AÇIQLAMA

Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayon məktəblisinin qollarını kəsərək özünə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumdan Oxu.Az-ın…