• 29.09.2023 15:18

Ağstafada ŞOK OLAY: Yeniyetmələr qız üstündə dava etdilər və sonra…

Ağstafada ŞOK OLAY: Yeniyetmələr qız üstündə dava etdilər və sonra…

Ağstafa rayonunda 2006-cı il təvəllüdlü Nizami tanışı Hüseyni (adlar şərti verilib – red.) bıçaqlayıb.

Hadisə 24 oktyabr 2021-ci ildə Ağstafa rayonunun kəndlərindən birində baş verib.

Nizami nənəsinə məxsus evin qarşısında 2005-ci il təvəllüdlü Hüseynə bıçaqla xəsarət yetirib. İstintaq orqanı tərəfindən Nizaminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ağstafa rayonunda qeydiyyatda olsa da, Bakının Binəqədi qəsəbəsində kirayədə yaşayır: “Binəqədi rayonunda tam orta məktəbin şagirdi olmuşam. Hüseyni 2020-ci ilin yay aylarında kənddə olan zaman tanımışam. Həmin vaxtdan sonra onunla münasibətlərim yaranıb. Kənd sakini Leyla adlı qızı 6 ildir tanıyıram. Bir neçə il bundan əvvəl Leylaya qarşı sevgi münasibətim yarandı. Mən kəndə gələndə hərdən Leylanı görəndə onunla danışırdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Nizami Leyla adlı qızı sevdiyinə görə 2019-cu ilin yay ayında onuna sözlə mübahisə edib, lakin həmin vaxt aralarında dava-dalaş olmayıb: “Hadisədən təxminən 1 həftə əvvəl Binəqədi qəsəbəsində kirayədə yaşadığım küçədə hasara ağ rəngli boya ilə “Leyla” adının yazıldığını gördüm. Yazının yanında şəkil çəkdirib mobil nörəmlə qeydiyyatdan keçdiyim vatsap proqramının səhifəsində paylaşdım. Hüseyn məndən vatsapda həmin şəklin nə olduğunu soruşdu. Şəkli Bakı şəhərində olan zaman çəkdirdiyimi dedim. Hüseyn daha mənə heç nə yazmadı”.

Təqsirləndirilən şəxs bildirib ki, 22 oktaybr 2021-ci ildə Ağstafa rayon hərbi komissarlığında qeydiyyata düşmək üçün kəndə gəlib:

“Lakin sənədlərim düzəlmədiyi üçün iş bir qədər uzandı. Oktyabrın 24-də saat 18 radələrində nənəmin evindən çıxdım, yaxınlıqda olan bulaqdan su götürməyə getdim. Evdən çıxanda Hüseyn və Elmarın nənəmin evinə tərəf gəldiyini gördüm. Məni çağırdıqda onların yanına getdim. Məndən soruşdular ki, vatsapda paylaşdığım “Leyla” adı olan şəkil nədir? Cavab verdim ki, Bakı şəhərində çəkdirdiyim adi bir şəkildir. Onlar söyüş söyməyə başladılar. Qonşumuz Qəmər adllı qadın evdən çıxdı, bizim dalaşmamağımızı dedi.

Uşaqlara oradan uzaqlaşaraq söhbət etməyi məsləhət gördüm. Yaxınlıqda olan bulağa gəldik. Oraya çatdıqda Hüseynlə Elmar şəklə görə yenə mübahisə etməyə başladılar. Onlara Leylanı sevdiyim zaman şəkli çəkdirdiyimi dedim. Hüseyn mənə Leyladan uzaq durmağımı, onu sevməməyimi bildirdi. Mən isə artıq Leylanı sevmədiyimi dedim”.

Nizaminin sözlərinə görə, Hüseyn Leylanı sevənin barəsində nalayiq söyüşlər söyüb: “Mən əlimlə Hüseyni sinəsindən itələdim. O, yumruqla alnımın sağ tərəfinə vurdu. Mən də yumruqla 4-5 dəfə Hüseyinin başına vurdum. Hüseyn yumruqla sol gözümə vurdu və anamın ünvanına nalayiq söyüş söydü. Mən də söyüşü ona qaytardım. Bundan sonra Hüseyn və Elmar üstümə tərəf gəldilər.

Şalvarımın sağ arxa cibində olan qatlanan, düymə ilə açılan bıçağı çıxardaraq sağ əlimə götürdüm. Bıçaqla bir neçə dəfə sol yanı mənə tərəf olan Hüseynin kürək nahiyəsinə vurdum, sonra ondan aralandım. Hüseyn isə bir neçə metr arxaya getdi. Əli ilə yoxlayanda kürəyinin qanadığını bildi.

Elmar yanıma gəldi və Hüseyni bıçaqla vurub-vurmadığımı soruşdu. Mən də vurduğumu dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bıçağı qatlayaraq əynində olan şalvarın sağ yan cibinə qoyub: “Nənəmin evinə getdim, hamamda üzümə su vurdum. Bıçağı su qızdırılan çənin üstünə qoydum. Sonra evdə sol gözümə buz qoydum.

Bir neçə dəqiqə sonra atam yanıma gəldi. Məndən nə baş verdiyini soruşdu. Hüseynlə dalaşdığımı dedim. Evdən çıxıb kəndin kənarına getdim. Bir neçə saat sonra atam zəng vurdu və polislərin məni axtardığını, gəlməli olduğumu dedi. Mən isə kəndin mərkəzinə tərəf getdim. Atamın əmisi oğlu Əli və polis əməkdaşları ilə görüşdüm. Oradan da Ağstafa rayon polis şöbəsinə gəldik”.

İş üzrə zərərçəkmiş Hüseynin sözlərinə görə, oktyabrın 23-də “İnstaqram” sosial şəbəkəsindən ona SMS gəlib: “SMS-i oxuyanda dostumun bacısı olduğunu gördüm. Mən inanmayıb araşdırdım və məlum oldu ki, dostumun bacısı adı ilə mənə SMS yazan Nizamidir. Nizaminin kənddə olduğunu bildim və onunla bu barədə söhbət etmək qərarına gəldim”.

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 24-də, saat 18 radələrində dostu Elmar onun yaşadığı evə gəlib: “Elmara Nizaminin etdiyi hərəkətləri danışdım. Elmar Nizaminin ona da yazdığını dedi. Qərara gəldik ki, Nizami görüşüb bu barədə söhbət edək. Buna görə də Nizaminin yaşadığı evə getdik, onu evdən çağırdıq. Bir az kənarda söhbət etməyi, onunla işimiz olduğunu dedik. Birlikdə kənddə kənar yerə getdik. Orada iradımızı bildirdik. Nizami əvvəlcə etiraf etmədi.

Bundan sonra “SMS yazana söyüş söyüm?” dedim. Nizami də həmin söyüşləri mənim ünvanıma dedi. Ona görə aramızda mübahisə yarandı. Nizaminin sifət nahiyəsinə zərbə vurdum, əlbəyaxa olduq. Bu zaman kürəyimə ardıcıl olaraq bir neçə dəfə nə isə batdığını hiss etdim. Nizaminin əlində bıçaq olduğunu gördüm.

Ağrıdan aşağı çökdüm. Dostum Elmar Nizaminin məni bıçaqladığını dedi, mənə yaxınlaşıb köməklik etdi. Nizami isə çıxıb getdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizaminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib./Teleqraf.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…