• 29.09.2023 15:40

Mxitaryandan Bakıya “tələb” – Vardanyan üçün gələrmi?

Mxitaryandan Bakıya “tələb” – Vardanyan üçün gələrmi?

Ruben Vardanyanı “sülh tərəfdarı” hesab edən erməni futbolçuya bəzi xatırlatmalar…

Qarabağda baş verən tarixi hadisələr fonunda erməni futbolçu Henrix Mxitaryanın səsinin çıxmamasına doğrusu, bir az da təəccüblənmək olardı. “İkinci dövlət arzuları”nın puç olmasından, Ermənistan cəmiyyətinin psixoloji vəziyyətindən və dünya ermənizminə dəyən ağır zərbədən sonra əslində Mxitaryanın sözü də olmamalı idi.

HENRİX.jpg (61 KB)

Mxitaryan 2007-ci ildən oynadığı Ermənistan milli komandasından bu ilin martında gözlənilmədən ayrılandan sonra xeyli özünə yığışmışdı, erməniləri əvvəlki kimi fəal müdafiə etmirdi. Mxitaryan deyilənə görə, milli komandadan inciyib gedib.

Ermənistan milli komandasının uğursuz oyunlarında ən çox onu günahlandırmaqları Mxitaryanın xətrinə dəyib və bir daha komandaya qayıtmayıb. Əslində Mxitaryanın narazılığı 2020-ci ildən başlamışdı, bir ara millinin oyunlarını boykot da etdi. Buna səbəb isə Ermənistan Milli Futbol Assosiasiyasında yüksək posta iddialı anasına qarşı kampaniya olmuşdu. Məncə, Mxitaryan nə yaşına (33), nə uğursuzluğa görə getmədi millidən. O, Ermənistanın müharibədə uduzmasını həzm edə bilmədi, bu ölkənin bayrağını daha heç vaxt erməni qüruru ilə daşımayacağını anladı. Bəlkə həm də Nikol Paşinyanın onun doğulduğu ölkəni hara sürüklədiyinin fərqinə də vardı, daha Ermənistan adına mübarizə aparmağa ehtiyac duymadı.

Hazırda İtaliya “İnter”in yarımmüdafiəçisi olan Mxitaryan nəhayət ki, dilə gəldi. Amma onu dilə gətirən “ikinci erməni dövləti” arzusunun üstündən birdəfəlik xətt çəkilməsi olmayıb, futbolçu bu barədə ümumi sözlər işlədib. O, “azərbaycanlılar tərəfindən zorla deportasiya edilən ermənilərin həbsindən narahat olduğunu” bildirib, keçmiş “dövlət naziri” Ruben Vardanyanın və Azərbaycanda saxlanılan bütün ermənilərin azadlığa buraxılmasını” tələb edib. Bu barədə Mxitaryan öz “Facebook” səhifəsində yazıb.

RUBEN DSX.jpg (302 KB)

“On minlərlə ailə sığınacaq axtarmaq üçün Dağlıq Qarabağdan Ermənistana qaçdıqca, həbslər qorxulu tendensiyaya çevrilir” – deyə, o yazıb.

Onun Ruben Vardanyan haqda fikirlərinə diqqət edək:

“Ruben Vardanyan özünü təkcə bizim regionda deyil, bütün dünyada sülhün tərəfdarı kimi göstərib. O, dünya şöhrətli xeyriyyəçi, iş adamı və bütün dünyada sülh quruculuğu, təhsil və tibbi yardımı dəstəkləyən Avrora humanitar təşəbbüsünün həmtəsisçisidir”. Azərbaycanın Ruben Vardanyana qarşı ittihamları bunun tam əksini deyir. Ermənistan vətəndaşı olan Ruben Vardanyanın Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmə 4 aylıq həbsinə qərar verib.

RUBİK.jpg (290 KB)

Bir il əvvələdək Vardanyanın künc-bucaqda Azərbaycan əleyhinə nə danışması önəmli deyildi. Amma 2022-ci ilin sentyabrından sərhədimizi qanunsuz keçərək Xankəndidə məskunlaşan “dünyada sülh tərəfdarı” hər fürsətdə Azərbaycana qarşı düşmənçilik çağırışları etdi. Henrix onun müsahibələrinə bir də baxsın, görsün ki, bu, sülh tərənnümçüsü, yoxsa qan tökmək, müharibə tərəfdarıdır… Fakt budur ki, Rusiya vətəndaşlığından imtina edərək Xankəndidə separatçı “hökumətin baş naziri statusu” alan Vardanyan bütün xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd çağırışlarından əl çəkmədi. Nəticədə qondarma rejim özünü buraxan kimi o da Xankəndidən qaçmaq istədi və tutuldu. İndi Mxitaryan erməni xalqının qayğısına qalırsa, bu, öz işidir, amma heç olmasa oynadığı klubun adına hörmət etsin, düzünü danışsın.

Mxitaryan Qarabağda doğulmayıb, İrəvanda anadan olub. 1990-cı ildə ailəsi Fransaya köçüb. Atasının ölümündən sonra ailəsi ilə İrəvana qayıdıblar. Onun qayınatası da bir başqa Vardanyandır, o da tütün biznesi ilə məşğul olan iri sahibkardır. Azərbaycan Ordusunun hərbçiləri Şuşanı işğaldan azad edəndə Mxitaryana məxsus olduğu deyilən villa haqda çox danışırdılar. Şuşada olanda ora getməyə zamanım qalmadı, indi yəqin “əmin əllərdədir”. Bəlkə də zamanı gələndə sökəcəklər. Ermənidən qalma heç nə bizə lazım deyil. Orada dinclik tapmaq olmaz da.

Mxitaryanın millətçi erməni olması onun sifətinə yazılıb. Bu xəstə mövqeyi bəlli olmasaydı, deyərdim ki, onun “quyruq acısı” var, nə qədər olmasa Şuşada o evə xərc çəkmişdi. Amma o, Şuşaya elə-belə gəlib çıxmamışdı ki… Bu da bir erməni siyasəti idi ki, Mxitaryan kimi tanınmış ermənilər Şuşada ev tiksin, heç yaşamasalar belə… Bu da digər varlı ermənilərə bir mesaj idi ki, gəlin bu şəhərdə də bir ev siz tikin. Zamanları çox oldu, amma bir abırlı ev tikə bilmədilər, əksinə, onlan-qalanı da uçurub-dağıtdılar. Xankəndinin videolarına baxın, əksəriyyəti köhnə tipli binalardır. Bu millətin yapısı belədir, qurucu deyillər, yıxıcıdırlar. İndi son olaraq “artsax” xəyalları yıxıldı, bir daha onu nə bərpa etmək olacaq, nə yenidən qurub yaratmaq…

Mxitaryan belə darıxırsa, gəlsin Bakıya. Vardanyanın yanında hələ ki boş yer var. Orada doyunca “sülhdən” danışarlar…

Nazim SABİROĞLU,
Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…