• 01.10.2023 12:00

1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımovun hekayəsini təqdim edirik.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.

(Kilsə)

Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir. Sözügedən fotonu italyan hərbi fotoqraf Enriko Sarsini çəkib. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.

BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞLAN – NATİQ QASIMOV – WWW.USTAC.AZ

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqh Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib.

Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Vitali Balasanyan isə bu faktı təkzib edib.

Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Karan Sinqh Vitali Balasanyandan münaqişə dövründə əsirlərlə necə davranılmasını danışmasını təkidlə xahiş edir: “Birincisi, kimisə əsir saxlamaq çətindir. İkincisi, əsir təhlükə deməkdir. Əsirlikdən qaçmağa çalışan adam öldürülə, ya da bizimkilərdən kimisə öldürə bilər. Əgər bir adam əsir kimi qeydiyyatdadırsa, niyə onun öldürülməsinə görə başımız ağrımalıdır? Ya da onun bizim adamlarımızı öldürməyinə görə başımız ağrımalıdır… Gördüyünüz kimi, əsir istənilən halda təhlükə mənbəyidir. Hətta insan haqları təşkilatları, eləcə də beynəlxalq konveksiyalar amilini nəzərə alsaq da, bu fakt dəyişmir”.

Rejissor fotoqraf Enriko Sarsininin Natiqi əsir götürməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri Vitali Balasanyana göstərir. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımov adlı əsiri xatırlaya bilmədiyini söyləyir: “Bu ad doğurdan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Çünki biz bu məsələlərə çox ciddi yanaşırıq. Əsirlər bizim həbsxanalara düşən kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi onları qeydiyyata götürürdü. Biz dərhal Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayırdıq və əsirlər bu təşkilatın nəzarətinə verilirdi”.

Balasanyan bununla belə, Sarsinin çəkdiyi fotoşəkillərdən erməni hərbiçilərinin bir neçəsini tanıyır. O, iki hərbiçinin onun əsgəri olduğunu təsdiqləyir, amma Natiq Qasımov nədənsə onun yadına düşmür: “Biz yəqin ki, Natiqi təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonrakı vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da, onların nəşini təhvil vermişik. Mən “əgər” sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik”.

(Vitali Balasanyan)

Maraqlıdır ki, general sorğu zamanı Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti də, deyəsən, tanımır. Rejissor Balasanyanın öz fotosunu özünə göstərib onun kim olmasını soruşur: “Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm”. Yəni özünü tanımır…

Müəllif daha sonra istefada olan polkovnik-leytenant Romik Mixtaryanla görüşmək üçün İrəvana yollanır. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyıb.

Karan Sinqh Natiqi dindirən gənc zabitin fotoşəkilini ona da göstərmək qərarına gəlir və ümid edir ki, Romik onun kimliyinə işıq salmaqda köməklik göstərəcək: “Bu ki, Vitodur, Vitali Balasanyandır. Bəli, Vitali Balasanyandır da”.

Deməli, yüksək dövlət mükafataları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi.

1992-ci ildə Balasanyan Əsgəranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Müsahibədə dindirilmə zamanı göstərilən fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu, Natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarda böyük irəliləyiş sayıla bilərdi.

Lakin rejissor Romikin ifadəsini təsdiqləyən azı bir erməni şahidin ifadəsini almaq istəyir. Tapır da. O, kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əsgəri Aşot Movsesyanın izinə düşür və Rusiyanın Saratov vilayətinə gedir.

“O, azərbaycanlı əsir cəsarətli əsgər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq, amma heç nə təsir etmirdi. Orada (sığındığı kilsə – red) təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi bir səngər, sığınacaq qazmışdı. Beləcə sağ qalmışdı”.

Rejissor sonra Aşota dindirilmə zamanı çəkilmiş fotoşəkli göstərib zabiti tanıyıb-tanımadığını aydınlaşdırmaq istəyir. “Bəli, bəli, bu, Vitalidir. Tanıyıram, çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzdin. Yəni o dərəcədə təmiz danışırdı”.

Aşot daha bir sirri də açır. Heç demə, Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edirmiş: “Vitali Balasanyanın sayəsində Xocalıdan bir müəllim gətirib kilsəyə saldılar ki, azərbaycanlı ilə danışıb onu oradan çıxmağa razı salsın. Belə də oldu. Balasanyan o vaxt orada idi. Mən də həmin vaxt orada idim. Üçüncü Stepanakert bölüyünün tərkibində ora getmişdim”.

Rejissor Aşotdan Natiqin sorğuya çəkilməsində itriak edib-etmədiyini və əsirin sonrakı taleyi haqqında bir şey bilib-bilmədiyini soruşur: “Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim. Amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşdum. Eşitdiyimə görə, onu da doğramışdılar.

– Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz?

– Qısası, öldürmüşdülər. Əsir götürəndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Hə, öldürmüşdülər. Belə eşitmişdim”.

Rejissor Vitali Balasyanın Natiqin itkin düşməsində əli olduğuna dair şübhələrin artdığını nəzərə alaraq ondan növbəti dəfə müsahibə almaq istəyir. Lakin general növbəti müsahibəyə razılıq vermir. Natiqi dindirən gənc zabitin kimliyinə gəlincə, Vitali Balasanyan yenə də cavab verməməyi seçir.

30 ildən çox vaxt keçməsinə baxmayaraq, ailəsi Natiqin hələ də sağ olduğuna və qayıdacağına inanır…

Teleqraf.com

DİGƏR XƏBƏRLƏR

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul edəcək

İsrail bu gün İrana cavab zərbəsinə dair qərar qəbul…

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bunu…
Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artistini görənlər TANIMADI – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sözügedən görüntülər sənətçinin yeni klipinin çəkilişində lentə…
Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Sürücülərin NƏZƏRİNƏ! – Xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xidmətdən bildirilib ki, aprelin 15-də…
Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Azərbaycanlı aparıcı çəkilişdə QORXULU ANLAR YAŞADI – VİDEO

Aparıcı və aktyor Məcid Hüseynovun verilişin çəkilişi zamanı təhlükəli anlar yaşanıb. Milli.Az xəbər verir ki, proqramın qonağı olan radio aparıcısı…
Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

Qəfəsin mərkəzinə dəvət edib, nokaut etdi – VİDEO

“UFC-300″də yüngül çəki üzrə Castin Qaetce ilə Maks Hollavey qarşılaşıb. Proses.az offsideplus.az-a istinadən bildirir ki, Maks 5-ci raundun 4:58 dəqiqəsində…
Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Şəbnəm ilk dəfə döyülməsindən danışıb AĞLADI – VİDEO

Müğənni Şəbnəm Tovuzlu Atv-də yayımlanan “7 tamam” verilişinin qonağı olub. Milli.Az xəbər verir ki, sənətçi keçmişə səyahət edərək başına gələnlərdən…
Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı – FOTO

Qızı anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı…

Azərbaycanda qadın anasının 100 min manat pulumu oğurlayıb qaçıb. Proses.az patrul.az-a istinadən xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan “Səni…
“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”

“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə…
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Proses.az xəbər…
“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” – VİDEO

“Kazım Candan dünyaya gələn övladım 9 ayında öldü” –…

“Birinci evliliyimdən övladım yoxdur. Uşaq oldu, 9 aylıq olanda öldü. O, dəstək oldu deməzdim, yanımızda idi. Mən xəstəxanada idim, dəfn…
Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Ukraynalılar bunu hiss etdikdə, məğlub olacaq – General

Rusiya bu il müharibədə qalib gələ bilər, lakin Ukrayna müdafiəsini yarıb mühüm əraziləri ələ keçirməklə deyil, ukraynalıların iradəsini qırmaqla. “Ölkə.az”…
Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər

Ən qəzəbli və kobud bürclərin siyahısı açıqlanıb. Onlar kobudluqları ilə qarşılarındakı insanı asanlıqla incidə bilərlər. Proses.az BAKU.WS-a  istinadən sözügedən bürcləri…
Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Ayan ad gününü Dubayda qeyd etdi – FOTOLAR

Müğənni Ayan Babakişiyeva ad gününü Dubayda qeyd edib. Bu barədə o, sosial media hesabında paylaşım edib. Ayan özəl günündə lentə…
DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

DƏHŞƏT! 27 yaşlı azərbaycanlı qadın vəhşicəsinə ÖLDÜRÜLDÜ — FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. Proses.az Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mash на Мойке”…
“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi nəvəsindən danışdı

“Həmin gün atası ilə getmək istəmirdi” – Qəzada itirdiyi…

Şair Cığatel İsaqızı “Həftənin qonağı” verilişinin qonağı olub. Şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb: “Cığatel (red.…