• 02.10.2023 15:00

Pərdələri endirin, “tamaşa” sona çatdı – Xankəndi Dram Teatrının fəaliyyəti…

Pərdələri endirin, “tamaşa” sona çatdı – Xankəndi Dram Teatrının fəaliyyəti…

1932-ci ildən fəaliyyət göstərən Xankəndi Dram Teatrı Azərbaycanın büdcəsi hesabına maliyyələşsə də, bu mədəniyyət “ocağında” yaradıcılıq məsələləri əsasən Ermənistan tərəfindən tənzimlənib, adətən onun səhnəsində erməni dramaturqlarının əsərləri oynanılıb. 1989-cu ilə qədər teatr Maksim Qorkinin adını daşıyıb. 1989-cu ildə isə teatra İstanbul şəhərində anadan olan, Xankəndi şəhərində heç vaxt yaşamayan və fəaliyyət göstərməyən erməni aktyor Vaqram Papazyanın adı verilib.

Hələ sovet dövründən Xankəndi Dram Teatrı zaman-zaman daşnak yuvasna çevrilərək qapılarını azərbaycanlıların üzünə bağlı saxlamağa çalışıb. Fəaliyyət göstərdiyi illər ərzində bu teatrda bir nəfər də olsun azərbaycanlı işləməyib. Teatrın rəhbərləri ən adi işlərə belə azərbaycanlıları qəbul etməyib.

Qeyd edək ki, sovet dövründə Azərbaycanda fəaliyyət göstərən erməni incəsənət nümayəndələrindən 16 nəfərinə respublikanın ən yüksək adlarından biri olan “Azərbaycanın xalq artisti” adı verilib. Əgər onların hər birinin ayrı-ayrı fəaliyyətlərinə nəzər salsaq, şahidi olarıq ki, hamısı müəyyən bir dövrdə Azərbaycana qarşı çıxıblar, hansısa bir mühitdə antiazərbaycan təbliğatı aparmaqdan çəkinməyiblər. 1988-ci ildə Qarabağ hadisələri başlanandan sonra isə Azərbaycanın hesabına ad, maddi imkan, vəzifə sahibi olan bu şəxslərin hamısı (sağ qalanlar) öz əsl simalarını göstəriblər, qatı millətçi kimi xəyanətkar mövqe nümayiş etdiriblər.

Azərbaycanın xalq artisti fəxri adı alan 16 nəfər ermənidən 7 nəfəri Xankəndi şəhərində yaşayıb, bu şəhərdə fəaliyyət göstərib. Maraqlı məqam odur ki, dünyaya car çəkərək Azərbaycan hökumətini ermənilər üçün heç bir şərait yaratmamaqda ittiham edən ermənilər bu rəqəmi heç vaxt dilə gətirməyiblər. Məlum olduğu kimi, Xankəndi çox da böyük şəhər olmayıb. 1980-ci illərdə əhalisinin sayı 53 min nəfərə çatıb. Amma Azərbaycanın əhalisi daha çox olan şəhər və rayonları ilə müqayisə etsək Xankəndidə fəaliyyət göstərən erməni incəsənət nümayəndələrinə fəxri adlar daha çox verilib.

CEuceXIUEAE3jRR.jpg (139 KB)

Xankəndi teatrı Qarabağ hadisələri başlananda mədəniyyət ocağından daha çox, qan ocağını xatırladıb. 1988-1989-cu illərdə teatrın binasında silah-sursat saxlanılıb, Ermənistandan gəlmiş saqqallı erməni yaraqlılar da məhz bu binada gizlədilib.

Teatr kollektivindən bir vaxtlar Viktor Polyaniçkonun fəaliyyətinə məhdudiyyət qoyduğu, millətçi fəaliyyətinə görə bir neçə sutka komendaturada saxlatdırdığı Janna Qalstyan, qatı millətçi kimi tanınan Benik Ovçiyan və Marqo Balasanyan hadisələrin başlandığı ilk günlərdən erməni hərəkatının ən qabaqcıl üzvlərindən olublar. Məhz bu üç nəfərin təbliğatı nəticəsində teatrın bütün kollektivi səhnəni silahlı ermənilərin yanında səngərlə əvəzləyiblər.

Teatrın aktyorları olan Martin Aloyan, Marat Davityan, Aleksandr Ayrapetyan, Qaqik Arutunyan, Aleksey Ayriyan, Suren Akopyan isə səhnə paltarlarını hərbi paltarlara dəyişərək döyüşlərə qatılıblar. 1966-cı il təvəllüdlü Xankəndi sakini Suren Akopyan isə Ağdam döyüşlərində azərbaycanlıların gülləsinə tuş gəlib.

Sözsüz ki, incəsənət adamlarının bu cür “vətənpərvərliyini” Xankəndi erməniləri yüksək qiymətləndiriblər. Amma onlar bir məsələni anlamayıblar ki, üstündə haqqın olmayan bir torpağın mübarizəsinə girişmək vətənpərvərlik yox, işğalçılıqdır.

Siyasi cəhətdən fəallıq göstərən aktyorlar qondarma “Dağlıq Qarabağ respublikası”nın ayrı-ayrı qurumlarında da təmsil olunublar. Özlərini Xankəndinin aydınları və ziyalıları sayan bu səhnə adamları Şuşa türməsində saxlanılan azərbaycanlı əsir və girovların saxlanılması şəraiti haqqında mətbuata verdikləri açıqlamalarda, utanıb çəkinmədən hər şeyin yüksək səviyyədə olduğunu söyləyiblər.

Amma Janna Qalstyan 1989-cu ildə anasının yaşadığı Şuşanın Qaladərəsi kəndində pasport rejiminin yoxlanılması vaxtı saxlanılanda özü özünü təkzib edib, həmin hadisə ilə bağlı Rusiya mətbuatına fərqli fikir bildirib:

“Məni guya pasport rejimini pozduğuma görə saxlamışdılar. Əslində bu tapşırıq Bakıdan gəlmişdi. Kənddən mənimlə bir yerdə poçtda işləyən Qayane adlı qızı da saxlamışdılar. Bizi xüsusi avtomobilə otuzdurdular. Düşündüm ki, yəqin Şuşa türməsinə aparacaqlar. Əgər belə olsaydı, mən alt paltarımda gizlətdiyim qumbaranı partladıb özümü öldürəcəkdim. Çünki Şuşa türməsindəki vəziyyətdən, şəraitdən xəbərdar idim…”

Həmin hadisədə Janna Qalstyanı Zori Balayan xilas edib. Bəli, əgər Zori Balayan olmasaydı, Janna Qalstyan alt paltarında gizlətdiyi qumbara ilə əsl teatr göstərəcəkmiş.

Bəli, Xankəndi Dram Teatrının əməkdaşlarının  bu cür tamaşaları çox olub. Amma hər bir tamaşanın sonu olduğu kimi erməni artistlərinin tamaşalarına da nəhayət ki, son qoyuldu.

Zaman yetişdi, pərdələri endirin “tamaşa” Azərbaycan əsgərinin qəhrəmanlıq səhnəsi ilə sona çatdı…

İlham Cəmiloğlu, Musavat.com

DİGƏR XƏBƏRLƏR

“RR Constructions” göz görə-görə sakinləri ölümə aparır- Nəzarəti kim etməlidir? VİDEO

“RR Constructions” göz görə-görə sakinləri ölümə aparır- Nəzarəti kim…

“RR Constructions” MTK tərəfindən Bakının “Kubinka” kimi tanınan hissəsində yeni yaşayış kompleksinin tikintisi zamanı bir neçə ailənin həyatının risk altında…
İran və İsrailin raket gücü: Dəqiqliyin həlledici üstünlüyü

İran və İsrailin raket gücü: Dəqiqliyin həlledici üstünlüyü

Yaxın Şərqdə baş verən son gərginliklər İran və İsrail arasında texnologiya əsaslı müharibənin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Tərəflər…
Vaşinqton Tehrandan nə istəyir?- Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma

Vaşinqton Tehrandan nə istəyir?- Yaxın Şərqdə müharibənin kölgəsində böyük…

Amerika Birləşmiş Ştatlarının İranla bağlı əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bölgədəki güc balansını öz xeyrinə…
Əhaliyə XƏBƏRDARLIQ – Bu linklərə daxil olmayın

Əhaliyə XƏBƏRDARLIQ – Bu linklərə daxil olmayın

Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber…
Aqşin Yenisey Fərhad Yalquzağın intiharından yazdı: “Bu, eqoizmdir”

Aqşin Yenisey Fərhad Yalquzağın intiharından yazdı: “Bu, eqoizmdir”

Xəbər verdiyimiz kimi, tanınmış rəssam Fərhad Yalquzaq dünən gecə saatlarında intihar edib. Hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş…
Boşandığı həyat yoldaşından danışıb kövrəldi – Video

Boşandığı həyat yoldaşından danışıb kövrəldi – Video

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrılıb.   Axşam.az-ın məlumatına görə, Nagehan ötən gün Bakıda özünə ad günü…
Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır

Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması planlaşdırılır. Yeni sistem maşının texniki vəziyyətindən tutmuş qəzalar və sığorta tariçəsinədək bütün məlumatları…
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…

Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış…

Hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna-Rusiya savaşı, İsrailin həm Fələstin, həm də İranla qarşıdurmaları…
ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq –…

Ötən gün axşam saatlarında ABŞ Prezidenti Donald Trampın Təhlükəsizlik Şurasını toplaması bir çox ehtimallara yol açıb. Bakupost.az xəbər verir ki,…
Bakının bu ərazilərindən uzaq durun! – Təhlükə var

Bakının bu ərazilərindən uzaq durun! – Təhlükə var

Statistikaya görə, Bakı şəhəri əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ölkə üzrə liderdir. Belə ki, Azərbaycanda bu…
Kubinkada dəhşət: Svaylar uçdu Ekskavator BETON ALTINDA QALDI

Kubinkada dəhşət: Svaylar uçdu Ekskavator BETON ALTINDA QALDI

Kubinka adlanan ərazidə sakinlər təhlükə ilə üz-üzə qalıblar. Ajans.az xəbər verir ki, Kubinka deyilən ərazidə bina özülü qazıntısı aparan RR Construction…
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb. Proses.az xəbər verir ki, iyun ayının 18-dən etibarən Azərbaycan və Maldiv…
Ozan Akbaba azərbaycanlı aktrisanın toyuna iştirak etdi – VİDEO

Ozan Akbaba azərbaycanlı aktrisanın toyuna iştirak etdi – VİDEO

Məşhur aktyor Ozan Akbaba hazırda Bakıdadır. BAKU.WS xəbər verir ki, o azərbaycanlı aktrisa Ləman Mərrihin toyuna qatılıb. Ləman rejissor Emil…
Naxçıvanda yeni qurum yaradıldı – Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradıldı – Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub. Qaynarinfo xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və…
İlham Əliyev müraciət etdi

İlham Əliyev müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına…