• 03.10.2023 20:00

DTX-nın qandalladığı Bako Saakyan KİMDİR? – DOSYE

DTX-nın qandalladığı Bako Saakyan KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Musavat.com çoxsaylı mənbələrə dayanaraq bu məlumatı yayıb.

PROSES.AZ mövzunun aktuallığını nəzərə alaraq seprartçıların keçmiş liderlərindən olan Bako Saakyanın tərcümeyi-halını təqdim edirik:

Bako Saakyan 1960-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu “vəzifə”dən kənarlaşdırılıb.

Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan Dağlıq Qarabağ regionunun legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Dağlıq Qarabağda müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd “referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.

Saakyan qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü “prezidenti” olub.

O, ilk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz “vəzifə”sində qalıb.

Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu “vəzifəni” icra edib.

30 ildən çox Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalıb.

2020-cil sentyabrın 27-sində Vətən Müharibəsinin qələbə ilə bitməsindən sonra üç tərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.

Bundan sonra Azərbaycan qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.

Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal anti-terror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

Ramin Əliyev saxlanıldı

Ramin Əliyev saxlanıldı

Qohumuna qarşı dələduzluq edən Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Proses.az xəbər verir ki,…
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb. DİN-in Mətbuat…
Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi – FOTO

Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi –…

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq…
Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı – FOTOlar

Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı – FOTOlar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Proses.az bildirir ki, axşam.az-ın məlumatına…
Tanınmış bloger sosial şəbəkədəki videolarına görə belə cəzalandırıldı

Tanınmış bloger sosial şəbəkədəki videolarına görə belə cəzalandırıldı

İntim mövzularla bağlı açıqlamaları ilə sosial şəbəkədə məşhurlaşan bloqer Buse Aydın cəzalandırılıb. Milli.Az sputnik-ə istinadla bildirir ki, özünü cinsi terapevt…
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU

Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub. Proses.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata…
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı President.az məlumat…
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırılıb – Rəsmi

Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırılıb – Rəsmi

Azərbaycan Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi…
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə…
Bakıda tıxacda qalan sürücüdən qəribə addım – VİDEO

Bakıda tıxacda qalan sürücüdən qəribə addım – VİDEO

Bakıda sürücünün verdiyi qərar təəccüb yaradıb. Belə ki, tıxacdan çıxmağa çalışan sürücü avtomobili arakəsmə bordürün üstünə qaldıraraq yolun əks istiqamətinə…
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə və bitki yağlarının satışını həyata keçirən ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib.…
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 1999-cu il təvəllüdlü Piruz İsa…
Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm oldu – VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm oldu – VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm olub. Milli.Az xəbər verir ki, müğənninin konsert zamanı geyindiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial…
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub. Proses.az Unikal-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh…
Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: “Övlad toyu görmədi…”

Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: “Övlad toyu görmədi…”

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. Proses.az bildirir ki, moderator.az-a açıqlama verən sənətçi qardaş itkisinin onun üçün çox…