• 04.10.2023 14:30

1945-ci ilin Berlinini xatırladan Xankəndi – Fərqli məkanlar, oxşar mənzərələr…

1945-ci ilin Berlinini xatırladan Xankəndi – Fərqli məkanlar, oxşar mənzərələr…

Bu günlərdə Xankəndi şəhərində baş verən hadisələr 1945-ci ilin Berlin hadisələrini xatırladır, insanlığa qarşı və hərbi cinayətdə ittiham olunanlar həbs olunublar. Məkan və zaman fərqli olsa da, ittihamlar, törədilən cinayətlər, həbslər bir-birinə bənzəyir.

Tarixə qısa bir ekskurs edək. Hitlerin komandasında əsas simalardan biri olan vitse-fürer German Herinq Almaniyanın məğlubiyyətindən sonra ailəsi ilə birlikdə könüllü olaraq təslim olub. Bu, qondarma “artsax”ın “prezidenti”nin müşaviri David Babayanın 28 sentyabrda könüllü olaraq Azərbaycan dövlətinə təslim olmasına bənzəyir.

Almaniyanın xarici işlər naziri İoaxim fon Ribbentrop 14 iyun 1945-ci ildə həbs olunub. O, qondarma “Artsax”ın “dövlət naziri” Ruben Vardanyan kimi sərhəddən keçmək istəyəndə saxlanılıb.

Almaniyanın ədliyyə naziri Otto Tirak 1945-ci ilin mayın 21-də Berlin ətrafındakı şəxsi malikanəsində ələ keçib. O, istintaqla könüllü əməkdaşlıq təklifi ilə özünü xilas etmək istəsə də, törətdiyi cinayətlərə görə əfv edilməyib. Yəqin ki, Xankəndi şəhərində həbs olunan erməni faşistləri də bu variantdan istifadə etməyə cəhd edəcəklər.

Nasist Almaniyasının silahlı qüvvələrinin komandanı Vilhelm Keytel 14 may 1945-ci ildə həbs olunub. Feldmarşal Nrünberq prosesi zamanı cəzadan qurtulmaq üçün törətdiyi bütün cinayətlərin səbəbkarının Hitler olduğunu bildirib. Hitlerin ən yaxın silahdaşı sayılan Keytel məhkəmə zamanı füreri qara qəpiyə satıb. Xankəndidəki separatçı rejimin liderləri də yəqin ki, Keytrl kimi biri-birlərini satacaqlar.

Nasist partiyasının əsas ideoloqlarından biri sayılan Alfred Rozenberq Almaniyanın məğlubiyyətindən sonra ölkənin şimal ərazilərində gizlənib. O, Almaniyanın şimalında əyalət aeroportlarının birində qaçmağa cəhd edəndə saxlanılıb. Bu məsələdə Arayik Arutyunyan Rozenberqin yolunu seçmək istəyib. Belə ki, qondarma “artsax”ın sabiq “prezident”i də  Xocalı aeroportu ərazisində ələ keçib.

Almaniyanın daxili işlər naziri Vilhelm Frik 2 may 1945-ci ildə həbs edilib. Nazir hansısa arqumentlərə görə həbs olunacağını çox da ağlına gətirməyib. O, göl ətrafında istirahət edərkən qandallanıb. Elə “Artsax”ın sabiq “prezident”i Bako Saakyanın da Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı Xankəndi küçələrində sərbəst gəzməsi Frikin göl ətrafındakı istirahətinə bənzəyir.

Bu siyahını uzatmaq da olar, Xankəndidəki separatçı rejimin rəhbərlərinin siyahısı kimi. Amma siyahıların birinci sırasında fərq var. Əgər faşist Almaniyasının bir rəhbəri, Adolf Hitler olubsa, “DQR”ə altı nəfər – Robert Koçaryan, Leonard Petrosyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan rəhbərlik edib. Artıq onlardan üç nəfəri həbs olunub və digərlərinin də növbəsi çatacaqdır.

Belə qənaətə gəlmək olar ki, faşist ideologiyasının əsas daşıyıcılarından olan Adolf Hitler ən “uğurlu” çıxış yolunu seçib. Artıq 1944-cü ilin sonlarında məğlubiyyətini hiss edən fürer 1945-ci ilin aprel ayının 30-da intihar edərək özü öz cəzasını verib. Faşizm cərəyanında Hitlerin ən “layiqli” davamçısı sayıla bilinəcək Robert Koçaryan, onun ən yaxın silahdaşı Serj Sarkisyan yəqin ki, bu hadisədən xəbərsiz deyillər.

Artıq Qarabağ müharibəsinin son akkordlarıdır. Hazırda illər boyu erməni işğalı altında olan torpaqlarımızda yüksələn Azərbaycan Bayrağını, qələbəmizin möhtəmşəmliyini bütün dünya görür.

Bəli, müharibə bitdi. Azərbaycan ərazilərində erməni faşizminə, erməni terroruna son qoyuldu. İndi qalır bir məsələ. Nasist cinayətkarlar üçün qurulmuş Nürnberq məhkəməsi kimi, erməni cinayətkarları üçün qurulacaq məhkəmə məsələsi. Vaxtilə Xankəndidə at oynadan, sonda isə göz yaşı axıdaraq başı aşağı cəza evlərinə gətirilən erməni faşistləri məhkəmə qarşısında cavab verməlidirlər, layiqli cəzalarını almalıdırlar və birdəfəlik dərk etməlidirlər ki,z Qarabağ və daşnak yuvasına çevirdikləri Xankəndi Azərbaycandır…

İlham Cəmiloğlu, Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…