• 06.10.2023 17:15

Avropalılar “qayıdın” deyir, ermənilərin çoxu Xankəndiyə dönmək istəmir

Avropalılar “qayıdın” deyir, ermənilərin çoxu Xankəndiyə dönmək istəmir

Avropa ölkələrinin və təşkilatlarının Qarabağdan köçən ermənilərə yardımları davam edir. Bu günlərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ Ermənistana humanitar yardımı iki dəfə artıraraq, 5,2 milyon avrodan 10,4 milyon avroya çatdıracaq.

Rusiyada çıxan “Nezavisimaya qazeta” qəzetinin bu mövzuda hazırladığı yazıda qeyd olunur ki, köçkün ermənilərə milyonlarla dollar həcmində yardım ayırmaqla yanaşı, avropalılar, eləcə də amerikalılar Qarabağ ermənilərinin geri qaytarılması istiqamətində də fəallıq göstərirlər və bu məsələdə Moskvanın köməyinə, Bakının razılığına bel bağlayırlar.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bəzi ermənilərin geri qayıtmaq istəyə biləcəyini istisna etməyib. Diplomat hesab edir ki, bunun üçün prosesin şəffaflığını təmin edəcək və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin qorunacağına əmin edəcək beynəlxalq müşahidə missiyası yaratmaq lazımdır.

65_main.jpg (105 KB)

Qəzet yazır ki, qaçqınların tərk etdikləri bölgəyə qayıtmağa razı olub-olmayacağı ilə bağlı müzakirələr hələ də davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan hələ sentyabrın 22-də, köçün ilk günü qaçqınların “evlərinə qayıtmaq üçün real fürsət” ola biləcəyini söyləyib. Öz növbəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, ermənilər Xankəndiyə qayıda bilər. Əmirbəyov deyib ki, erməni əhalisinin köçməsinə bir həftə qalmış Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı lazım olan hər şeylə təmin etməyə başlayıb, həmçinin radio və televiziya vasitəsilə insanları panikaya düşməməyə inandırıb.

“NQ” qeyd edir ki, rəsmi Bakı mülki əhaliylə yox, əhalinin qalan hissəsini girov saxlayan separatçılara qarşı mübarizə apardığını bildirir. Qəzet xatırlaır ki, Bakı özünü “Dağlıq Qarabağ Respublikası” elan etmiş 300-dən çox məmur və hərbçini axtarışa verib. Bundan başqa, separatçı qurumun keçmiş xarici işlər naziri David Babayan, keçmiş baş nazir Ruben Vardanyan, parlamentin eks-spikeri David İşxanyan, keçmiş “prezidentlər” Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, həmçinin qanunsuz silahlı birləşmələrin sabiq “komandan”ı David Manukyan saxlanılıb.

Qəzet bildirir ki, bununla paralel olaraq, Azərbaycan Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, oktyabrın 4-nə kimi 98 erməni reinteqrasiya prosesinə qoşulmaq üçün ərizə verib. Söhbət Ermənistana getməyənlərdən gedir. Təxmini hesablamalara görə, Qarabağda bir neçə yüz erməni qalıb.

qasss.jpg (11 KB)

“NQ” yazır: Ermənilərin özlərinin yaydığı məlumata görə, Qarabağdan 100 mindən çox erməni köçüb. Ermənistan mətbuatı ölkə hökumətinin qaçqınlara birdəfəlik yardımın ödənilməsi üçün 8 milyard dram (təxminən 20 milyon dollar) ayırdığını yazır. Ermənistanda bank kartı əldə etməyi bacaran 80 minə yaxın insanın ehtiyat fondundan vəsait alacağı gözlənilir. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin rəhbəri Narek Mkrtçyan bildirib ki, ödəniş prosesi oktyabrın 6-da başlayacaq; Rəsminin sözlərinə görə, hər qaçqın 100 min dram (təxminən 250 dollar) alacaq.

Lakin İrəvanda “NQ” müxbirinin söhbət etdiyi qarabağlı qaçqınlar Xankəndiyə heç vaxt qayıtmayacaqlarını, çünki onlar üçün yalnız Stepanakert olduğunu deyirlər.

stepmas.jpg (8 KB)

“Hər şey Stepanakertdə qaldı, biz bir saata yığışdıq və bir neçə bağlama ilə qaçdıq, çünki dəhlizin hər an yenidən bağlana biləcəyindən qorxduq”, – Levon etiraf edir: “İndi necə geri qayıdacağıq?”

“İkinci Qarabağ müharibəsindən sonra bizə də deyirdilər ki, başımızdan bir tük belə düşməyəcək. Düzdür, biz Ermənistanda da özümüzü təhlükəsizlikdə hiss etmirik”, – Yervand deyir.

“Mən Bakıda anadan olmuşam, sonra Stepanakertdə valideynlərimin yanına getmişəm. Bu, mənim evimdir, həmişə darıxacağam, amma Xankəndidə yaşaya bilməyəcəm. Rusiyada uşaqlarım var, onların yanına gedəcəm”, – Rita adlı qadın bildirib.

DİGƏR XƏBƏRLƏR

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Bakıda daha bir uşaq faciəvi şəkildə öldü

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi…
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata…
İran bu ölkə ilə sərhədləri BAĞLADI

İran bu ölkə ilə sərhədləri BAĞLADI

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yollarını bağladığını açıqlayıb. Ajans.az bu barədə Bəlucistan əyalət hökumətinin sözçüsü Şahid…
Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (FOTO/VİDEO)

Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman…

Azərbaycanın tanınmış iş adamı Bakıda oğluna möhtəşəm toy edib. Proses.az Manset.az-a istinadla xəbər verir ki, məşhur biznesmen Cəbrayıl Sadiqli oğlu…
Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahinin oğlu nişanlandı – FOTO

Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi olub. Bakupost.az xəvər verir ki, Hüseyn, Firəngiz adlı xanımla nişanlanıb.
948 abonentin qazı kəsiləcək – RƏSMİ

948 abonentin qazı kəsiləcək – RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb. Bildirilib…
Leysan, dolu, sulu qar… – Sabahın havası

Leysan, dolu, sulu qar… – Sabahın havası

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və…
Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Ağsuda məktəb direktoru vəfat edib. Bu barədə onun yaxınları sosial media hesablarında paylaşım ediblər. Ağsu şəhər Polad Mirzəyev adına 5…
İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları “fake…
Məşhur türkiyəli aktyor ciddi zədə aldı

Məşhur türkiyəli aktyor ciddi zədə aldı

“1001 gece masalları” serialı üçün kamera qarşısına keçən tanınmış türkiyəli aktyor İbrahim Çelikkol tennis oynayarkən qəfil yıxılaraq qolundan ciddi şəkildə…
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” – VİDEO

Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə “hücum çəkdi” –…

“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb. Milli.Az xəbər verir ki, verilişin qonağı olan müğənnilər Zahidə Günəş və Ülviyyə Namazovanın sözləri…
Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir

Yenə “Mərcan” klinikası – Plastik əməliyyatda ölən pasientin yaxınları…

Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan…
Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

Öldü deyilən Xameneinin müşaviri sağdır? – FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib. Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu…
Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Nəfəsin estetik əməliyyatdan öncəki FOTOsu müzakirələr yaratdı

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib. İfaçının 5 il əvvəl çəkilən estetik əməliyyatız fotosu gündəm olub. Sosial şəbəkələrdə…
Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Ənvər Abbasovun ölüm xəbəri yayıldı

Bu gün sosial şəbəkələrdə “Komedixana”nın sevilən aktyoru Ənvər Abbasovun ölüm xəbəri yayılıb. Proses.az xəbər verir ki, Azxəbər.com aktyorun özü ilə…