• 07.10.2023 12:54

Ruslar Qarabağdan gedir, yerini BMT missiyası tutacaq? – Qərbin “çəhrayı” arzusu

Ruslar Qarabağdan gedir, yerini BMT missiyası tutacaq? – Qərbin “çəhrayı” arzusu

Siyasi ekspert: “BMT-nin missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi mümkün deyil, Azərbaycan dövləti buna razılıq verməz, çünki buna heç bir əsas və hüquqi mexanizm yoxdur”

“Biz Azərbaycanın güc tətbiqini pisləmişik və onu mülki şəxslərin müdafiəsini təmin etməyə çağırmışıq. Düşünürəm ki, hamı üçün Qarabağın bütün erməni əhalisinin cəmi bir neçə günə oranı tərk edə biləcəyini proqnozlaşdırmaq kifayət qədər çətin idi. Erməni əhalinin təhlükəsizliklə bağlı əsaslı narahatlığı var və Bakı bu məsələni prioritet məsələ kimi həll etməlidir”.

“Yeni Müsavat” xəbər verir ki, bu qərəzli fikri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi (Şarl Mişelin təmsilçisi) Toivo Klaar erməni mediasına Bakının 19-20 sentyabrdakı legitim antiterror tədbirləri ilə bağlı danışarkən deyib. Klaar erməni əhalinin könüllü gedişini “etnik təmizləmə” adlandırmasa da, ardınca yenə ikibaşlı ifadə işlədib: “Aydındır ki, 30 ildən artıq davam edən münaqişədən sonra insanlar qorxdular və getməyə qərar verdilər. İndi sual ondan ibarətdir ki, onların bir çoxu geri qayıtmağa hazır olacaqmı və hansı şərtlərlə? Bizim üçün vacib elementlərdən biri Dağlıq Qarabağda uzunmüddətli çoxmillətli missiyanın və ya BMT missiyasının yaradılması ola bilər ki, bunun sayəsində qayıtmaq istəyən insanlar özlərini daha inamlı hiss edə biləcəklər. Bu kontekstdə biz 2023-cü il oktyabrın 1-də Qarabağda keçirilən ilk BMT missiyasının təcrübəsini nəzərə alırıq”.

Belə çıxır, Qarabağda Rusiya sülhməramlı kontingenti BMT missiyası əvəzləyə bilər, təki erməni əhali qayıtsın? Bakı buna razı olarmı? Yağışdan çıxıb yağmuramı düşəcəyik?

Qeyd edək ki, bu arada Rusiya hərbi kontingentinin Qarabağdan vaxtından əvvəl çıxacağı barədə ehtimal və gözləntilər artıb. O sırada erməni bloger Mika Badalyan iddia edib ki, Rusiya sülhməramlıları hətta bu il noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcəklər.

“Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğuna sayılı günlər qalıb. Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi heç kimi qalmayıb”. Bunu da Rusiya Dumasının ermənipərəst deputatı Konstantin Zatulin söyləyib. Üstəlik bu zat Azərbaycanı Rusiyanın mövqelərinə “zərbə vumaq”da və onun güclü dövlət kimi statusuna “kölgə salmaq”da ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə srağagün bildirib ki, sülhməramlıların məsələsi Bakı ilə müzakirə predmeti ola bilər.

Qeyd edək ki, oktyabrın 5-də Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə “Yeni Müsavat”a bildirdi ki, bu gün BMT-nin hər hansı bir qüvvəsinin Azərbaycanda yerləşməsinin heç bir mexanizmi yoxdur. BMT indiyə qədər hər hansı hüquqi mexanizmi olsaydı onu çoxdan istifadə edərdilər: “Məsələnin bu mərhələsində istifadə olunası bu mexanizmin formalaşdırılması üçün cəhdlər edilir. Bu cəhdləri aktif formada Fransa, Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Almaniya, ABŞ etməkdədirlər. Amma ümumi bir qanunauyğunluğa diqqət etmək lazımdır. Məsələ ondadır ki, burada proseslərin çox qəribə tərzdə cərəyan etməsi müşahidə olunur. Məsələn, ABŞ bir tərəfdən beynəlxalq hüquqa əsaslanan mövqe yanaşma ortaya qoysa da daha sonra Qarabağdakı ermənilərin maraqları çərçivəsində addımlar atdı. Bundan sonra Avropa Birliyinin mövqeyində dəyişiklik baş verdi-Şarl Mişelin Bakı tərəfindən qəbuledilməz açıqlaması oldu. Proseslərin sürətlə dəyişməsini, bir mövqedən tamamilə başqa mövqeyə keçid edilmələri izləməkdəyik. Proseslərin ABŞ-dən başlayan dəyişməsi Avropa Birliyini də mövqeyini dəyişməyə məcbur etdi. Lakin bütün bunlar heç bir halda reallıqları dəyişə bilməz. Azərbaycan öz ərazisində separatizmə, terrorçuların fəaliyyətinə son qoyub. Heç bir beynəlxalq təşkilatın və dövlətin buna qarşı beynəlxalq hüquqa əsaslanan mövqe ortaya qoyması mümkün deyil. Ermənilərin Qarabağdan çıxıb getməsi həmin insanların öz seçimi idi. Azərbaycan onları çıxarmadı. Əksinə, Azərbaycan dəfələrlə çağırış etdi ki, köçüb getməsinlər. Azərbaycan erməniləri güc yolu ilə, zorla burada saxlaya bilməzdi. Bunu etmək həmin ermənilərin hüquqlarını pozmaq olardı”.

Ekspert fikrini belə yekunlaşdırdı ki, bütün bunlara görə də hansısa beynəlxalq təşkilatların, o cümlədən BMT-nin missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi mümkün deyil, Azərbaycan dövləti buna razılıq verməz. Çünki buna heç bir əsas və hüquqi mexanizm yoxdur: “Artıq Rusiya sülhməramlı qüvvələrinin Qarabağda müşahidə məntəqələrinin fəaliyyətinin dayandırılması prosesi başlayıb. Təhlükəsizliyi Azərbaycanın müvafiq orqanları yüksək səviyyədə təmin edirlər. Odur ki, heç bir kənar qüvvənin Qarabağa yerləşməsi üçün hüquqi əsaslar yoxdur. Qarabağdan köçən ermənilər Ermənistan pasportu daşıyırlar. Onlar vətəndaşı olduqları ölkəyə-Ermənistana qayıdıblar. Onlar qaçqın deyillər. Heç bir beynəlxalq təşkilat və dövlət bu faktı gözardı edə, başqa ölkənin vətəndaşlarını Azərbaycan ərazisinə qanunsuz yerləşdirə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Ramin Əliyev saxlanıldı

Ramin Əliyev saxlanıldı

Qohumuna qarşı dələduzluq edən Son Ümid Xalq Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Proses.az xəbər verir ki,…
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb. DİN-in Mətbuat…
Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi – FOTO

Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi –…

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq…
Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı – FOTOlar

Azərbaycanlı aparıcı vəfat edən övladından yazdı – FOTOlar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Proses.az bildirir ki, axşam.az-ın məlumatına…
Tanınmış bloger sosial şəbəkədəki videolarına görə belə cəzalandırıldı

Tanınmış bloger sosial şəbəkədəki videolarına görə belə cəzalandırıldı

İntim mövzularla bağlı açıqlamaları ilə sosial şəbəkədə məşhurlaşan bloqer Buse Aydın cəzalandırılıb. Milli.Az sputnik-ə istinadla bildirir ki, özünü cinsi terapevt…
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU

Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub. Proses.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata…
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı President.az məlumat…
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırılıb – Rəsmi

Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırılıb – Rəsmi

Azərbaycan Prezidentinin Fərmanına, Nazirlər Kabinetinin onun icrası ilə bağlı müvafiq qərarına əsasən, yemək xərci, kommunal və digər xidmətlər üzrə məcburi…
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə…
Bakıda tıxacda qalan sürücüdən qəribə addım – VİDEO

Bakıda tıxacda qalan sürücüdən qəribə addım – VİDEO

Bakıda sürücünün verdiyi qərar təəccüb yaradıb. Belə ki, tıxacdan çıxmağa çalışan sürücü avtomobili arakəsmə bordürün üstünə qaldıraraq yolun əks istiqamətinə…
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə və bitki yağlarının satışını həyata keçirən ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib.…
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 1999-cu il təvəllüdlü Piruz İsa…
Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm oldu – VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm oldu – VİDEO

Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm olub. Milli.Az xəbər verir ki, müğənninin konsert zamanı geyindiyi geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial…
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub. Proses.az Unikal-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh…
Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: “Övlad toyu görmədi…”

Mətanət İsgəndərli qardaşının ölümündən danışdı: “Övlad toyu görmədi…”

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib. Proses.az bildirir ki, moderator.az-a açıqlama verən sənətçi qardaş itkisinin onun üçün çox…