- 07.10.2023 13:13
İsrailin müdafiə naziri: “HƏMAS müharibəyə başlamaqla ciddi səhvə yol verdi”
“HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi”.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant bildirib.
“Müdafiə Ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq”, – müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-də İsrailə müharibə elan edib.