• 07.10.2023 13:35

DTX toruna düşən iri “balıqlar” – İkili agentlərin ifadələri Azərbaycana nə vəd edir?

DTX toruna düşən iri “balıqlar” – İkili agentlərin ifadələri Azərbaycana nə vəd edir?

Xəbər verildiyi kimi, özünü buraxmış qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanı ifşa edən faktlar ortaya çıxıb. Etibarlı mənbələrdən əldə olunan məlumata görə, Azərbaycan Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb.

Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın “Karnegi Fondu” ilə əməkdaşlığının kəskin təfərrüatIarından tezliklə xəbərdar olacaq. O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı Aleksandr Borodayı birbaşa Vardanyan maliyyələşdirib. Ümumiyyətlə, bəlli olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib. Paralel isə USAİD-in rəhbəri Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir.

Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” onu həbsini sadəcə olaraq sızdırıb. Belədə isə həm Vardanyan, həm də həbs edilən separatçı-cinayətkarlar Bakı və Moskva, eləcə də Bakı və Vaşinqton arasında soyuqluq yaradacaq ifadələr verə bilərlərmi? Bu ifadələrin səhihliyi necə yoxlanılacaq? Cinayətkarların məhkəmə işləri vahid işdə birləşdirilə bilərmi?

Yeri gəlmişkən, Rusiya lideri Putin Vardanyanın həbsi ilə bağlı deyib ki, Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib. “Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq”, – deyə Kreml başçısı vurğulayıb. Bu açıqlamanı belə oxumaq olar ki, Rusiya Rubeni müdafiə etməkdə maraqlı görünmür. ABŞ-dan isə hələ ki elə bir səs-küylü reaksiya olmayıb. Deməli, hər iki tərəf agentləri olmuş Rubendən əllərini çəkiblər.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli: “Avropa həmişə insan haqlarından çıxış edərək iddialar irəli sürə bilər, amma…”

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa həmişə insan haqlarından çıxış edərək ittiham olunanlara yüngül cəza verilməsini, yaxud həbsdə olanların vaxtın əvvəl azadlığa buraxılmasını amnistiyanın tətbiqi kimi iddialar irəli sürə bilər: “Biz bunu dəfələrlə görmüşük. Bu məsələdə də bəzi davranışlar ola bilər. Amma Gəncə və Bərdəyə ballistik raketlər atılmasına əmr vermiş, Xocalı soyqırımını törətmiş şəxslərin azadığa buraxılması çətin məsələdir. Ona görə həmin şəxslərlə bağlı bizdən tələb irəli sürülməsi əsaslı deyil. Onlar yalnız ağır xəstəlik tapdıqda, ölüm ayağında ölkə prezidentinin iradəsinə uyğun olaraq cəzalarının yerdə qalan hissəsini çəkməkdən azad edilə bilər”.

İcra başçısı politoloqun evinin hasarını niyə dağıtdırıb? – Rüşvət ittihamı  - Editor.az

Turab Rzayev: “Araik və Rubenin qlobal əlaqələri var, hər ikisi Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlıdır”

Siyasi ekspert Turab Rzayevin sözlərinə görə, separatçı-liderlər cəzalarını alacaqlar, onların Ermənistana ekstradisiyası isə indiki mərhələdə görünmür: “Onların içərisində ən maraqlısı Araik və Rubendir. Çünki onların qlobal əlaqələri var. Misal üçün Vardanyanın 30 ölkədə maliyyə institutları var. Sizcə, bir biznesmenin 30 ölkədə maliyyə sistemi olmalıdır? Məntiqlə bir ölkədə bank yaradıb, sonra filiallarını açarsan. Təbii ki, bu mexanizmdə ”çirkli pullar” məsələsi var. Eyni zamanda, silah ticarəti var. İrəvanda “Kalaşnikov” zavodunun açılmasında onun yaxını Qalstyanın əli olub, Bolqarıstan və başqa ölkələrdə silah alveri ilə məşğul olub. Vardanyan Priqojindən daha iriqmiyaslı işlər görüb. Həmçinin, Rubenin Qərbdə və Amerikada əlaqələri üzə çıxır. Məsələn, USAİD rəhbəri Samanta Pauerin adına yaraşmayan mövqeyi oldu, sonra yazdığı postu sildi. Qeyd etmişdi ki, demokratiyanın inkişaf etdiyi vaxtda, vəhşilər sivilizasiya üzərində qalib gəlir. Vəhşi deyəndə kimi nəzərdə tutur? Bunu deyən adam yardım təşkilatının rəhbəridir. Və bildirir ki, ABŞ Azərbaycana hərbi müdaxilə edəcək. Sən kimsən? Sənin missiyanı aqrar sektor, humanitar sahələrə dəstək verməkdir. İndi bəlli olur ki, bunlar niyə əndazəni aşan açıqlamalar verirlər. Demə, onların Vardanyanla əlaqələri olub. Eləcə də ABŞ-dəki liberal dairələrlə təmaslar olub”.

Siyasi şərhçi hesab edir ki, digər tərəfdən, Ruben Rusiyanın agenti idi və Qarabağa göndərilməkdə məqsəd Ermənistanda hakimiyyətə gəlməsi üçün tramplin yaratmaq idi: “Bu da alınmadı. Vardanyan, Arutunyan Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlıdırlar, Ukraynadakı müharibədə Moskvaya dəstək olublar. Amma Ruben bu müharibədə Kiyevi müdafiə edən ABŞ-nin də agentidir. Yəni Donbasda Rusiyaya dəstək olur, paralel isə Amerikada ən liberal qanadla əlaqələri var. Əgər bu respublikaçılarla bağlı olsaydı, Trampı ittiham edərdilər. Məsələ odur ki, indi heç kim Vardanyana sahib çıxmayacaq. Onun bədbəxtçiliyi budur. Ola bilsin ki, müəyyən açıqlamalar görəcəyik, amma bizdən onu tələb edə bilməyəcəklər. Deyə bilməzlər ki, Vardanyanı geri ver”.

Onu da deyək ki, Vardanyanın istintaq dövründə hüquqlarının müdafiəsinin ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirildiyi qeyd olunub. Ombudsman isə ona baş çəkib. Vardanyan saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdiyini və səhhətində hər hansı bir problemi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi – VİDEO

Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi…

Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də baş verib. Belə ki,…
Türkiyəli aktyorun İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi – VİDEO

Türkiyəli aktyorun İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi…

Türkiyəli aktyor Fırat Tanışın növbəti paylaşımı maraqla qarşılanıb.  Proses.az oxu.az-a istinadən bildirir ki, aktyor mərhum Xalq artisti İlhamə Quliyevanın sosial…
Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü – FOTO

Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü – FOTO

Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib. Proses.az axşam.az-a istinadən xəbər verir ki, əməliyyat fevralın…
“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum planlaşdırır?”

“Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum…

“Ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan…
“Axırıncı dəfə dünən səhər danışmışdıq” – Laçında azan əsgərin anası – VİDEO

“Axırıncı dəfə dünən səhər danışmışdıq” – Laçında azan əsgərin…

“Axırıncı dəfə dünən səhər danışmışdıq. Dedi, yaxşıyam, narahat olma, hər şey yaxşıdır”. Proses.az xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında…
Range Roveri sərxoş idarə edən SÜRÜCÜ KİMDİR? – VİDEO

Range Roveri sərxoş idarə edən SÜRÜCÜ KİMDİR? – VİDEO

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik maarifləndirici tədbir keçirilib. Aparılan profilaktik…
Laçında azan hərbçimizin atasından AÇIQLAMA

Laçında azan hərbçimizin atasından AÇIQLAMA

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz…
Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu – FOTO

Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu –…

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq. Oxu.Az-ın məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış…
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb. Bu barədə Ermənistan XİN məlumat yayıb. Görüş “Sülh və dövlətlərarası münasibətlərin…
Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLADI

Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLADI

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb. Proses.az xəbər verir ki, MTX-dan verilən məlumata görə, fevralın 28-də saat…
Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb

Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz…
Model bələdiyyə sədrliyinə namizəd oldu – FOTO

Model bələdiyyə sədrliyinə namizəd oldu – FOTO

Türkiyədə model bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Milli.Az haberler-ə istinadla bildirir ki, Diyarbakırın Bağlar mahalının bələdiyyə sədri olmağı arzulayan model Simurg Sarsılmaz…
Aparıcının bu gün ərə getdiyi icra başçısı kimdir?

Aparıcının bu gün ərə getdiyi icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə…
Azərbaycan millisinə yeni baş məşqçi TƏYİN OLUNDU

Azərbaycan millisinə yeni baş məşqçi TƏYİN OLUNDU

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. İdman.biz xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq. O,…
Tolik vəfat edən atasından yazdı

Tolik vəfat edən atasından yazdı

Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı paylaşım edib. Proses.az axşam.az-a istinadən bildirir ki, o, valideyni ilə olan…