• 07.10.2023 14:40

Əliyev sülh masasında şərtləri təkbaşına diktə edir: Avropa Birliyinin imici və nüfuzu Bakıdan asılıdır

Əliyev sülh masasında şərtləri təkbaşına diktə edir: Avropa Birliyinin imici və nüfuzu Bakıdan asılıdır

Fransa ucbatından Brüssel prosesinin uğurları ciddi təhlükə altında qalıb, Avropa Birliyində Azərbaycanın Qranada görüşündən imtina etməsindən sonra Cənubi Qafqazda Rusiyanın orbitrliyinin yenidən ön plana keçmə ehtimalının artdığını anlayırlar… Ona görə də, indi Avropa Birliyi yenidən üçtərəfli Brüssel formatına qayıtmaqla, Rusiyanın təşəbbüsü ələ almaq şansını əngəlləməyə çalışır, əgər, növbəti görüş baş tutarsa, əsas gündəliyi rəsmi Bakının müəyyən edəcəyi şübhə doğurmur…

Afrikadan qovulan Fransa Cənubi Qafqazda da iflasa uğramağa başlayıb. Rəsmi Paris Cənubi Qafqaza böyük ümidlər bəsləyirdi. Afrikada itirdiklərinin müəyyən bir qismini bu regionda kompensasiya etməyi planlaşdırırdı. Və bu hədəfinə çatmaq üçün də Cənubi Qafqazda sülh prosesi üzərindən manipulyasiyalara cəhd göstərirdi.

Əslində, rəsmi Parisin geopolitik hesablamalarının tamamilə yanlış olduğunu iddia etmək də çətindir. Belə ki, 44 günlük savaşdan sonra Cənubi Qafqazda yeni situasiya yaranmışdı. Rusiyanın geopolitik mövqeləri ciddi şəkildə zəifləmişdi. Fransanın təsiri altında olan Ermənistan isə Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağa can atırdı. Və bütün bunlar Fransanın iştahını qabartmaqla yanaşı, rəsmi Parisdə əlverişli fürsət təsəvvürü yaradırdı.

5b5a96dd2b20ba074fa414c406a51064.jpg (261 KB)

Ancaq rəsmi Paris Cənubi Qafqazda məkrli oyunlar qurmaq niyyətinə düşərkən, yalnız Azərbaycanın verə biləcəyi reaksiyanın təsir gücünü nəzərə almağa ehtiyac duymamışdı. Böyük ehtimalla Azərbaycanın dünya nəhəngi hesab edilən Fransaya münasibətdə maksimum səviyyədə ehtiyatlı davranacağına əmin idi. Yəni, rəsmi Paris Azərbaycanı hesaba qalmayaraq, yalnız Rusiya ilə rəqabət aparacağını arxayın olmuşdu.

Ona görə də, Fransa Rusiya ilə rəqabət məqsədilə Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə cəhd göstərirdi. Bu prosesdəsə, Ermənistanı dəstəkləməklə, Azərbaycanın milli maraqlarını öz mənafeyi çərçivəsində “xərcləmək” niyyətinə düşmüşdü. Və indi böyük ehtimalla rəsmi Paris də tam dəqiqliyi ilə anlayır ki, bu, Fransanın Cənubi Qafqazda buraxa biləcəyi ən yolverilməz səhv idi.

Məsələ ondadır ki, rəsmi Bakı Fransanın Azərbaycanın milli maraqları üzərindən faydalanmaq niyyətlərinə olduqca sərt və qətiyyətli reaksiya verdi. Xüsusilə də, Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda cərəyan edən proseslərdə iştirakını bloklanması rəsmi Parisi küncə sıxışdırdırdı. Rəsmi Paris belə cəsarətli reaksiyanı gözləmədiyindən əvvəlcə ciddi çaşqınlıq keçirtdi. Ardınca isə vəziyyəti düzəltmək üçün Azərbaycana təzyiq göstərməyə cəhd göstərdi.

Təbii ki, Fransa zaman keçdikcə, Azərbaycanın real gücünü və siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldı. Rəsmi Paris nəhayət ki, Cənubi Qafqazda Fransanın əsas rəqibinin əslində, Rusiya deyil, məhz Azərbaycan olduğunu anlaya bildi. Və təkbaşına Azərbaycan qarşısında üstünlük qura bilməyəcəyini nəzərə alaraq, özünə müttəfiqlər tapdı.

9745224f5f8fd41fe1e2f76ad7b56d0a.jpg (63 KB)

Maraqlıdır ki, rəsmi Paris Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Almaniya kansleri Olaf Şolts ilə situasiyanı öz xeyrinə dəyişə biləcəyinə əmin görünürdü. Belə ki, Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsu da yanına alıb, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasına ortaq olmaq niyyətinə düşdü. Hətta Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşündə iştirak etməyə də nail oldu.

Ancaq rəsmi Parisin hesablamaları yenə yanlış idi. Çünki Fransa ortaq olmağa çalışdığı vasitəçilik missiyasından Cənubi Qafqazda sülh prosesinin inkişafına deyil, əksinə, regionda yeni savaşın törədilməsinə yönəlik istifadə etməyə çalışırdı. Hər halda, Fransa prezidenti bir neçə dəfə sülh sazişinin imzalanmasına yaranmış münbit şəraiti pozmağa bacarmışdı. Və bu dəfə oxşar “missiya”nı Qranada görüşündə icra etməyə hazırlaşırdı.

Halbuki, bu dəfə rəsmi Bakı prezident Emmanuel Makrona belə bir şans tanımadı. Azərbaycan liderinin Fransanın iştirak etdiyi görüşə qatılmayacağını bəyan etdi. Bu isə Fransanın beynəlxalq imicinə, eləcə də, Cənubi Qafqaza münasibətdə qurduğu məkrli planlara sarsıdıcı zərbə vurulması anlamına gəlirdi. Və rəsmi Paris üçün Cənubi Qafqazın sülh masasından qovulmaq xarakteri daşıyırdı.

Beləliklə, Fransa Cənubi Qafqaz uğrunda mübarizədə Azərbaycan qarşısında növbəti dəfə ağır məğlubiyyətə uğramış oldu. İndi rəsmi Parisin Cənubi Qafqaz planlarını hətta Avropa Birliyinin mülki müşahidə missiyasının “çətiri” altında Ermənistana yerləşdirməyə nail olduğu fransız və alman casusları belə, xilas edə bilməz. Yəni, Fransa üçün regional sülh prosesinin, hətta bəlkə də, Cənubi Qafqazın qapıları uzun müddətlik qapadılıb.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Ancaq rəsmi Bakı tərəfdən Fransanın oyundankənar vəziyyətə salındığı bu prosesdə daha bir önəmli və maraqlı məqam da mövcuddur. Belə ki, rəsmi Paris öz mövqeyi və riyakar oyunları ilə yalnız Fransanın deyil, həm də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasını böyük risk altına salıb. Hər halda, prezident Emmanuel Makronla ortaqlıq Şarl Mişelin müəyyən uğurlar qazana bildiyi Brüssel prosesinə də rəsmi Bakının etimadını sarsıdıb. Və indi uğurlu vasitəçi imici korlanmağa başlamış Şarl Mişeli narahat edə biləcək əsas məsələ də məhz bu məqamdır.

Böyük ehtimalla Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də bu təhlükəni gördüyü üçün dərhal situasiyanı düzəltməyə ehtiyac duydu. Belə ki, o, Fransa ucbatından Qranada görüşünün iflasa uğramasının ardından Azərbaycan və Ermənistan ilə təmasa keçdi. Nəticədə oktyabr ayının sonuna doğru Brüsseldə üçtərəfli görüşün keçirilməsini razılaşdırmağa nail oldu. Bu, müəyyən mənada, Avropa Birliyi tərəfindən də Fransanın arzuolunmaz “vasitəçilik missiyası”ndan imtina edilməsi anlamına gəlir.

Əslində, Avropa Birliyində Azərbaycanın Qranada görüşündən imtina etməsinin Cənubi Qafqazda sülh prosesinin yenidən Rusiyanın orbitrliyi altına keçmə ehtimalını artırdığını anlayırlar. Ona görə də, indi Avropa Birliyi yenidən üçtərəfli Brüssel formatına qayıtmaqla, Rusiyanın təşəbbüsü ələ almaq şansını əngəlləməyə çalışır. Bu baxımdan, əgər, baş tutarsa, növbəti Brüssel görüşünün məhz Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə keçiriləcəyi də qətiyyən şübhə doğurmur. Və bu, Avropa Birliyinin rəsmi Bakının siyasi iradəsinə artıq həssas yanaşmaq məcburiyyətində olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…