- 09.10.2023 09:40
Amerikalı siyasətçidən şok AÇIQLAMA: İsrail hadisələri ABŞ-da təkrarlana bilər
Bayden administrasiyasının immiqrasiya siyasəti İsrail hadisələrinin ABŞ-da təkrarlanmasına səbəb ola bilər.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qrin “X” sosial şəbəkəsindəki hesabında yazıb.
![]()
“İsraildə baş verənlər Amerikanın da başına gələ bilər. Biz 160-dan çox müxtəlif ölkədən əcnəbilər tərəfindən işğal olunmuşuq”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, səlahiyyətlilər çox vaxt ABŞ-a daxil olan qeyri-qanuni miqrantları və onların harada olduqlarını müəyyən edə bilmirlər. Miqrasiyanın miqyası o qədər böyükdür ki, Bayden administrasiyası bunun öhdəsindən gələ bilmir.
“Bu oyanış zəngi olmalıdır”, – deyə siyasətçi yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden miqrasiya siyasətinə görə dəfələrlə tənqid olunub. Texas qubernatoru Qreq Abbott dövlət başçısını ABŞ-Meksika sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.