• 10.10.2023 10:15

“İsrailin hava sistemləri keyfiyyətsiz çıxdı” iddiası – Azərbaycanın narahatlığına əsas varmı?

“İsrailin hava sistemləri keyfiyyətsiz çıxdı” iddiası – Azərbaycanın narahatlığına əsas varmı?

Alp Arslan İmamqulu: “Eyni anda atılan minlərlə raketin zərərsizləşdirilməsi qeyri-mümkündür”

Səxavət Məmməd: “İsrail tarixində bu qədər yüksək rütbəli zabitlərin itirilməsi heç olmamışdı”

Gözlənildiyi kimi, İsrailə hücuma ən çox iki ölkə – İran və Ermənistan sevindi. Kapitulyant ölkə əlbəttə ki, İsrail Azərbaycanın strateji müttəfiqi olduğu üçün yəhudi dövlətinə hücuma sevinir. Bunu rəsmi səviyyədə deyil, KİV səviyyəsində büruzə verir. İran isə nəyə görə sevinir, məlumdur.

Ermənistanda həmçinin belə iddia səslənib ki, guya qəfil hücum İsrail silahlarının, o sırada “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin heç də yüksək keyfiyyətli və etibarlı olmadığını göstərib. Hansı sistemlərdən ki, Azərbaycan da özünün havadan müdafiəsi üçün istifadə edir, o cümlədən Qarabağda. Hətta iddialar səslənib ki, bu, Bakını düşünməyə məcbur edəcək və İsrailin silah bazarında yeri zəifləyəcək. Belədirmi?

Belə iddialar da səslənir ki, İsrail kəşfiyyatı yaxşı işləmədiyi, arxayınlaşdığı, “mürgü vurduğu” üçün qəliz durumla üzləşib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Alp Arslan İmamqulu Azərbaycanla bağlı hər kəsi rahat olmağa çağırdı:

f5ee6f9efef880cd8c8bbab1c1580202 (1).png (258 KB)

“İsrailin hava hücumundan müdafiə sisteminin atılan raketlər qarşısında bir qədər təhlükəsizliyi təmin etməmiş olması barədə deyə bilərəm ki, bu hər hansı bir ölkədə baş vermiş olsaydı, bənzəri ssenarilərlə qarşılaşmış olardılar. Çünki eyni anda atılan minlərlə raketin zərərsizləşdirilməsi qeyri-mümkündür. Burada Azərbaycanla bağlı olan narahatçılıq odur ki, biz də bir çox müasir sistemləri İsraildən almışıq. Təbii ki, bu müasir sistemlər sınaqdan keçirilmiş vasitələrdir. Bununla yanaşı, Vətən müharibəsində də bu vasitələrin istifadəsi ilə önəmli nailiyyətlər əldə olundu. Ona görə də, ümumi olaraq götürdükdə İsraillə olan əməkdaşlıq, xüsusilə, müdafiə sənayesi sahəsində bir çox sistemlərlə təmin olunmağımız Azərbaycan adına narahatlıq doğurmamalıdır. Çünki, bu sistemlər artıq sınaqdan keçirilib. Amma bundan sonrakı dönəmlər üçün daha da diqqətli olunmalıdırmı? Bəli. Bu istiqamətdə əlavə diqqət və səylər artırılmalıdır. Silah sistemlərinin alınmasında və təmin edilməsində hər bir zaman mütəxəssis rəyi nəzərə alınmışdır. Düşünürəm ki, bundan sonrakı mərhələdə də Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıq uğurla davam edəcək”.

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, İsrail-Fələstin arasındakı münaqişə son illərin ən qanlı toqquşmasıdır:

sexavet-768x403.jpg (41 KB)

“Fələstin, konkret olaraq HƏMAS İsrailə qəfil hücumlar həyata keçirərək, İsraili iflic etdi. Hücumu demək olar ki, heç bir tərəf gözləmirdi. Hətta hücumdan 9 gün əvvəl ABŞ Milli Təhlükəsizlik müşaviri Sullivan “Yaxın Şərq regionu son 20 ildə olmadığı qədər sakitdir” açıqlaması vermişdi. Cəmi 9 gün sonra son 20 ilin ən sakit dövrünü yaşayan Yaxın Şərq yenidən ən qanlı ocağa çevrildi.

Aylar öncə HƏMAS İsrailə kütləvi raket zərbələri endirmişdi. O zaman məlum olmuşdu ki, İsrailin hava hücumundan müdafiə sistemi aşağıdan uçan və kütləvi raket zərbələri qarşısında istənilən effekti vermir. Məsələ ondadır ki, HƏMAS nə həmin gün, nə də ondan sonra əlavə hücumlar həyata keçirmədi. İsrail tərəfi də həmişə olduğu kimi bir neçə istiqaməti havadan bombalamaqla kifayətləndi. İndi anlaşılır ki, HƏMAS-ın o hücumu test xarakterli olub. HƏMAS anlayıb ki, kütləvilik qarşısında ən müasir hava hücumdan müdafiə sistemləri belə aciz qala bilir. Fələstin tərəfi test edib, hazırlıqlarını yekunlaşdırdıqdan sonra qəfil, gözlənilmədən İsrailə hücum həyata keçirdi. Hücum təkcə raketlər vasitəsilə yox, həm də qurudan həyata keçirildi. İsraillə Fələstin arasındakı divar isə xüsusi vasitələr vasitəsilə aşıldı, HƏMAS döyüşçüləri havada İsrail ərazisinə endi. Hücum o qədər kompakt və dəqiq planlaşdırılmışdı ki, saatlarla İsrail tərəfi heç bir reaksiya verə bilmədi. Yalnız saatlar sonra İsrail tərəfi havadan zərbələr endirməyə başladı. Məsələ ondadır ki, İsrail tarixində bu qədər yüksək rütbəli zabitlərin itirilməsi heç olmamışdı. İsrailin xüsusi xidmət orqanı Mossad da bu hücumdan xəbərsiz imiş. Ən azı görüntü bunu deyir. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəb isə divarlar qurularkan süni intellekt vasitəsilə aparılan müşahidələr və informasiyaların alınmasında idi. İsrail süni intellektə o qədər arxayın olub ki, sahədə kəşfiyyata önəm verməyib. Mossad kəşfiyyatçılarının pulla alınması o qədər inandırıcı deyil. Demək ki, bu məsələdə arxayınlıq əsas problem olub. HƏMAS hansısa yolla süni intellektin işləmə prinsiplərini öyrənib və əks həmlə edərək hücumu reallaşdırıb. İsrailin səfərbərlik etməsi, hətta universitetlərin tələbə və müəllim heyətini belə ehtiyat qüvvə kimi orduya cəlb etməsi onu göstərir ki, HƏMAS-ın zərbələri həddindən artıq sarsıdıcı olub.

Azərbaycan da İsrail istehsalı olan “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi ilə hava məkanını qoruyur. Düzdür, Azərbaycanda digər ölkələrin də hava hücumundan müdafiə sistemləri var. Ancaq əsas yük “Dəmir Günbəz”in üzərinə düşür. “Dəmir Günbəz” ən müasir hava hücumundan müdafiə sistemidir. Ancaq bütün sistemlər kimi onun da zəif tərəfi kütləvi və aşağıdan uçan raketlər qarşısında effektiv olmamasıdır. Məntiq də onu deyir ki, eyni vaxtda 200 raket atılarsa, sistem onun hamısını vura bilməz. Kütləvilik müdafiə silahlarının bir nömrəli düşmənidir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…