• 11.10.2023 15:50

8 kənd nağılı: göydən 3 PUA düşsə, kimdir günahkar, Nikol?

8 kənd nağılı: göydən 3 PUA düşsə, kimdir günahkar, Nikol?

Nikol Paşinyan danışdıqca özünü və ölkəsini daha da dərinə batırır. Budur, yenə başlayıb ki, Ermənistanın nəzarətində Azərbaycan kəndləri olduğu kimi, guya Ermənistan kəndləri də Azərbaycanın nəzarəti altındadır. Özü də Qazaxın 7 və Sədərəyin 1 – Kərki kəndinin – ümumilikdə 8 yaşayış məntəqəmizin 30 ildən artıqdır işğal altında saxlanmasının qarşılığında Azərbaycanı 8 erməni kəndini (?!) nəzarətdə saxlamaqda ittiham edir.

Adam dəlidir, ya xəstədir… Adlar da çəkir Ayqehovit (tarixi adı: Uzuntala), Vazaşen (Lələkənd), Berkaber (Bibiş)… “Yalançının yaddaşı olmaz” deyirlər. Heç sayıb 5-ə çatdıra bilmir “nəzarətdə olan” kəndləri. Sadəcə dünyanı çaşdırmaqdan ötrü Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan tələbinin qarşısına “8 qoymaq” istəyir uğursuzcasına…m Öz aləmində Azərbaycan Prezidentinin Şarl Mişelə 8 kənd xatırlatmasına “cavab verməyə” cəhd göstərib…

MİSEL.jpg (62 KB)

Adam canlı efirdə yalan püskürəndə kimsə onu çimdikləməyib ki, ay evi dağılan, elə özün keçən həftə Qranadada Azərbaycan ərazisinin 86,6 min kv.km olduğunu bir daha təsdiqlədin və bununla bağlı sənəd imzaladın. Yəni Azərbaycanın erməni işğalında olan 8 kəndi də 86,6 min kv.km-ə daxildir, o zaman əvvəlcə kəndləri azad elə, sonra “tanıyırıq” bəyanatı ver! Kimsə demir, xatırlatmır, bu da başlayıb ki, “bizim də 8 kənd problemimiz var”.

Ermənilərin içərisində də ağıllı adamların olduğuna şübhə etmirik. Amma onlar da Paşinyana demirlər ki, sənin saydığın kəndlərdə erməni əhali yaşayır, yaxud da dolanışacağın ağırlığından, həmçinin elə Ermənistanın təxribatları nəticəsində son illərdə baş vermiş toqquşmalardan qaçıb canlarını qurtarmaq üçün təmas xəttindən köçüblər. Bu o demək deyil ki, həmin ərazilər Azərbaycanın nəzarətindədir. Bu məntiqlə sabah Paşinyan Azərbaycanın Qafan, İstisu… şəhərlərinə, Göyçə gölünə də nəzarət etdiyi və onların azad olunmasının vacibliyini iddia edə bilər, çünki əsgərlərimiz görürlər…

PASİK SON.jpg (144 KB)

Kim bilir, bəlkə də Paşinyan 44 günlük müharibədə aldığı travmaların əziyyətini çəkir, getdiyi yerlərdə gözünə Azərbaycan Xüsusi Təyinatlıları görünür. Amma bunun günahını özündə axtarsın, dilini dinc qoyardı, “Qarabağ Ermənistandır. Nöqtə” deməzdi. Ermənistanın baş naziri vaxtaşırı reallıq hissini itirir. Dərk edə bilmir ki, 8 kənd iddiası, yaxud elə tarixi Azərbaycan ərazisi olan Başkəndlə bağlı xəyal qurmağa çalışması onu Ermənistansız qoya bilər. Ermənistan 30 illik müharibə cinayətlərinə görə Azərbaycana təzminat ödəməlidir, bu gün Fransa, Almaniya, Kanada, Avropa İttifaqından milyonlar dilənən ölkə yüz milyardları Azərbaycana ödəyə biləcəkmi? Təbii ki, yox! Deməli, borcunu torpaqla ödəməlidir, bu mənada Başkənd, yaxud başqa kənd söhbəti Paşinyana baha başa gələ bilər!

Hələ zaman göstərəcək ki, Paşinyanın sayıb axırına çıxa bilmədiyi 8 kənd kimə məxsusdur, Azərbaycana, yoxsa Ermənistana? Hələ Ermənistanın Azərbaycan torpaqlarında qurulmuş “bic dövlət” olmasını bir kənara qoyuram. Faktiki olaraq Ermənistan və Azərbaycan arasında sərhədlər dəqiqləşməyib, delimitasiya və demarkasiya prosesini də Paşinyan maksimum uzatmağa çalışır. Sərhədlər dəqiqləşəndən sonra Uzuntala, Lələkənd, ya Bibiş kəndləri Azərbaycan tərəfdə qalsa, onda necə? Ermənicə Bibiş olub, bəlkə Uzuntala, Lələkənd var imiş?..

Bu gün Ermənistanda şivən qoparıblar ki, Qazaxın anklav kəndləri Azərbaycana qaytarılsa, Ermənistan-Gürcüstan magistralına, yaxud kəmərlərə nəzarət əldən gedəcək. Onu da iddia edirlər ki, Kərki kəndinin 33 il davam edən işğalına son qoysalar, o halda da İran-Ermənistan magistralına nəzarət Azərbaycanın əlinə keçəcək. Heç dəxli var? Bu davanı biz başlamamışıq, bu qanı biz salmamışıq, siz başlamısınız, indi cəzanızdır, çəkin! Digər tərəfdən, Azərbaycanın Kərki kəndi, yaxud Qazaxın məlum kəndləri sapanda qoyulub, Ermənistanın içərilərinə atılmayıb e, bu kəndlərin ətrafları Azərbaycandan qoparılıb, rabitə kəsilib, məkrli siyasət nəticəsində, nəticədə anklava çevrilib, gələcəkdə erməniləşdirilməkdən ötrü. Bu qədər güzəştlərə rəğmən, Ermənistanın etdiyi naxələfliklərin cavabında Azərbaycanın tam hüququ var ki, həm Kərkiyə, həm də Qazaxın 7 kəndinə gedən yollara təhlükəsiz dəhliz statusu tələb etsin. Bəli, biz bu qədər qanlar tökən, dinc əhaliyə qarşı terror aktları törədənlərin içərisindən keçib kəndlərimizə necə gedib-gələ bilərik? Bu mənada müzakirə mövzusu təkcə Zəngəzur dəhlizi deyil, həm də işğaldan dərhal azad olunmalı olan 8 kəndimizin ətrafında təhlükəsizlik zolağının yaradılmasıdır!

ANKLAVLAR.jpg (368 KB)

Yəqin Paşinyan da xatırlayar, Ermənistanın keçmiş rəhbərləri 7 ətraf rayonun işğalına bəraət qazandırmaqdan ötrü “bu rayonlara nəzarətimiz Dağlıq Qarabağın təhlükəsizliyi üçün lazımdır” – iddiası irəli sürürdülər. Hansı ki, həmin rayonlar ordumuzun gücü ilə azad edildi, amma Qarabağda bir mülki erməninin burnu qanamadı, bu gün də vətəndaşlığımızı qəbul edənlər sakit yaşamaqdadır. Nikol Paşinyan kimi qeyri-ciddi birinin rəhbərlik etdiyi Ermənistandan isə təhlükəsizlik təminatı gözləməyə dəyməz. Bu adam ərazi bütövlüyünü guya tanıdığı ölkəyə qarşı ərazi iddiası irəli sürürsə, əlavə şərhə nə ehtiyac? Belə olduğu halda, Rusiyanın Qarabağdakı hərbi kontingentinin köçürülməsi zəruri olan ünvan… Azərbaycanın 8 kəndi olmalıdır. 2020-ci ilin 10 noyabrından Qarabağ ermənilərinə keşik çəkdilər, indi buyursunlar, Kərki və Qazaxın 7 kəndinə azərbaycanlıların qayıdışını təmin etsinlər…

Paşinyan beləcə 8 kənd nağılını uydurmaqdadır. Soruşan gərək, bu nağılın sonunda… göydən 3 PUA düşsə, kim günahkar olacaq, Nikol? 2019-da Qarabağla bağlı da qatıb-qarışdırmışdın: təkcə araqla çaxırı yox…

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…