• 13.10.2023 12:53

“Artıq hər 44 uşaqdan birində bu hal var” – Valideynlərin diqqətinə!

“Artıq hər 44 uşaqdan birində bu hal var” – Valideynlərin diqqətinə!

“Bu gün özəldən tutmuş, dövlət məktəblərinə qədər heç bir məktəbdə Autizm Spektr Pozuntusu (ASP) olan uşaqların inteqrasiyası üçün proqram yoxdur. Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedoqoqlarının ASP haqqında məlumatı yoxdur. Dünyadakı orta göstəricilərə əsasən, hər 36 uşaqdan biri ASP-lidir. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür. Və bu rəqəm sürətlə artır”.

“Qafqazinfo” xəbər verir ki, bu problemi valideyn Pərviz Əzimov öz sosial şəbəkə hesabında etdiyi paylaşımda işıqlandırıb.

O, Azərbaycan təhsil sistemində ASP ilə bağlı bircə proqramın belə olmadığını vurğulayıb: “Nəinki inteqrasiya proqramı yoxdur, əksinə pedoqoqlar tərəfindən bu uşaqlara qarşı bullinq var. Hər il 100-lərlə ASP-li uşaq təhsildən mərhum olur. Bunun axırı necə olacaq, onları cəmiyyətə kim inteqrasiya edəcək?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 manat arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?! Peşəkar həkim-psixiatr, klinik psixoloqlara müraciət edirsən, deyirlər uşaq məktəbə tam hazırdır, ora getməlidir ki, daha da inkişaf etsin. Gedirsən məktəbə, biabırçılıq. Uşağı inkişaf etmək əvəzinə, daha da geri salırlar və ya bir çox hallarda uşağı qəbul belə etmirlər”.

Sözügedən paylaşıma yazılan şərhlər, valideynlərin bənzər problemlə qarşılaşdıqlarını bildirməsi məsələnin aktual olduğunu göstərib. 

Əslində isə Autizm Spektr Pozuntusu ilə dünyaya gələn uşaqların cəmiyyətə daha tez adaptasiya olmaları üçün onlar digər uşaqlarla eyni sinif otaqlarında təhsil almaları vacib məsələlərdən biridir. Lakin bəzi hallarda belə uşaqlar müəllimlər və həmin sinif otaqlarında təhsil alan digər uşaqların valideynləri tərəfindən ayrı-seçkiliklə üzləşirlər. Bu vəziyyət də belə uşaqların və onların valideynlərinin daha çox sarsıntı keçirməsinə səbəb olur. 

Mövzu ilə bağlı saytımıza danışan klinik-psixoloq Nuriyyə Quliyeva deyir ki, Autizm Spektr Pozuntusu artıq son 10 ildə ən çox artan diaqnozlardan biridir. Bu da gələcəkdə demək olar ki, hər birimizin ətrafında, ailəsində bu diaqnozla qarşılaşa bilmə ehtimalının yüksək olduğunu göstərir: “Təəssüf ki, bu problem həm dünyada, həm də ölkəmizdə öz aktuallığını qoruyur. Təxminən 10 il əvvəl 150 uşaqdan 1-də Autizm Spektr Pozuntusuna rast gəlirdiksə, artıq günümüzdə bu sıxlıq hər 44 uşaqdan birində müəyyən olunur. Bu da kifayət qədər həyəcanverici haldır. Valideynlər diqqətli olmalıdır və onları maarifləndirməkdə xüsusilə Kütləvi İnformasiya Vasitələrinin rolu böyükdür.

Belə ki, valideynlərin bu vəziyyəti daha tez aşkarlamasında istər televiziya, istərsə də radio verlişlərinin əhəmiyyəti çoxdur. Tez-tez bu məsələ gündəmə gətirilməli, mütəxəssislərlə müzakirə olunmalıdır. Bu uşaqlar vaxtında reabiltasiya olunarsa, onları cəmiyyətə qazandıra bilərik. Mütəxəsis belə uşaqlarla təxminən 2 yaşından doğru şəkildə çalışarsa, demək olar ki, bu əlamətlər yüngülləşir, məktəbə də gedir, universitetə də qəbul olur və cəmiyyətin hər bir üzvü kimi özünü göstərmə imkanı da olur”.

Psixoloqun sözlərin görə, bu məsələdə bağça və məktəblərdə xüsusi işlərin aparılması çox önəmlidir: “Əlbəttə ki, təhsil işçilərinin, pedaqoqların üzərinə də iş düşür. Onlar maariflənməlidir ki, həm bu vəziyyət tez aşkarlana bilsin, həm də belə uşaqlar digər uşaqlarla birlikdə bərabərhüquqlu şəkildə təhsil və təlim alsınlar. Onlar bizim cəmiyyətin üzvüdürlər, qəti şəkildə onları təcrid etmək düzgün deyil. Biz onları təcrid etsək, bu problem daha da ağırlaşa bilər. Amma əlimizi uzatsaq, onların ünsiyyəti də genişlənəcək, sosial bacarıqları da formalaşacaq. Onlara nə qədər yaxın olsaq, bir o qədər cəmiyyətə tez qazandıra bilərik. Bu, həm də bizim borcumuzdur. Dəfələrlə bu halla rastlaşmışam, valideyn bura ağlaya-ağlaya gələrək bildirib ki, uşaq avtobusda kriz keçirərərk ağladığı üçün ətrafdakı insanlar tərəfindən neqativ rəylərlə qarşılaşıb. Belə ki, onlar anaya “sən uşağa tərbiyə verə bilməmisən”, “sənin uşağın anormaldır, apar xəstəxanaya qoy”, “onu susdur” kimi ifadələr deyiblər. Amma bunu unutmamalıyıq ki, belə hal hər birimizin başına gələ bilər”.

Nuriyyə Quliyeva deyir ki, maarifləndirmə nə qədər çox olarsa, valideynlər də bir o qədər tez zamanda uşaqlarını müşahidə edərək onlardakı əlamətləri görüb həkimə yaxud da, psixoloqa apara bilərlər. Bəs, Autizm Spektr Pozuntusunun ən çox rast gəlinən əlamətləri nədir?

“Bu uşaqlar göz təması qurmaqda çətinlik çəkirlər, müəyyən səslərə qarşı həssaslıq olur, fiziki təması sevmirlər. Ünsiyyətləri çox məhdud olur, digər uşaqlarla oynamağı bacarmırlar və reaksiyaları zəif olur. Bundan əlavə, onlarda öz ətrafında fırlanma, yellənmə, hərəkəti təkrarlanma kimi hallarla da qarşılaşa bilərik. Məsələn, qapını açıb-örtməni bir neçə dəfə təkrarlayırsa, bir əşyanı fırladırsa, yaxud fırlanan əşyalara daha çox maraq göstərirsə, valideynlər diqqətli olmalı və vaxtında mütəxəssisə müraciət etsinlər”.

Psixoloq bildirir ki, Autizm Spektr Pozuntusu olan uşaqların “kölgə müəllimlər”lə təmin olunması çox yaxşı olardı. Bəs “kölgə müəllimlər” kimdir? 

“Bu müəllimlər Autizm Spektr Pozuntusu olan uşaqların yanında otururlar və sinifdə dərs keçən müəllimin tədris etdiklərini həmin şagirdlərə dəstək olaraq öyrətmiş olur. Bu halda uşaqlar digərlərindən geri qalmış olmur. Eyni zamanda kölgə müəllimlərin dərsdə iştirakı digər müəllimə də dəstək olur. Elm və Təhsil Nazirliyi bu işi öhdəsinə götürmüş olsa, çox böyük nəticələr əldə edilər. Məktəb psixoloqları da ayda bir dəfə bu uşaqların valideynləri və pedaqoqları ilə görüşlər keçirsə, çox yaxşı olar. Bu yolla onları maarifləndirə və Autizm Spektr Pozuntusu olan uşaqlarla necə davranmalı, təhsil və təlim verməli olduğunu təlimatlandıra bilər”.

Məktəbəqədər hazırlıq və ibtidai sinif pedoqoqlarının ASP haqqında məlumatı varmı? Məktəblərdə ASP-li uşaqların inteqrasiyası üçün xüsusi proqram nəzərdə tutulubmu? 

Suallarımıza cavab almaq üçün Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu 21.1-ci bəndinə əsasən, uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərarın qəbul edilməsi yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyasının səlahiyyətindədir. Qeyd olunanları nəzərə alaraq şagirdin xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi məqsədilə yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət edilməlidir. Bu halda uşaq komissiyanın qərarına əsasən, ehtiyacına uyğun olaraq xüsusi təhsilin təşkili formasına (inklüziv sinif, xüsusi sinif və ya evdə təhsil) yönləndiriləcək. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyacları əsasında onun təhsil alacağı proqram psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə müəyyənləşir”.

“Məktəblərdə nə qədər Autizm Spektr Pozuntusu ilə dünyaya gələn uşaq təhsil alır?” sualına isə nazirlikdən cavab olaraq bildirildi ki, xüsusi şərait yaradılmadan ümumi təhsilə cəlb edilmiş şagirdlərin statistik məlumatı ETN-də yoxdur: “Çünki bu qəbildən olan təhsilalanlar psixoloji-tibbi-pedaqoji komissiyanın iştirakı ilə xüsusi təhsil ehtiyacları müəyyənləşdirilməmiş şagirdlərdir”.

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar dedikdə Regional Təhsil İdarələri nəzərdə tutulur. Belə ki, PTPK komissiyalar onların tabeliyində fəaliyyət göstərir və bu hər bir rayon təhsil sektorunda var. 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…