• 15.10.2023 12:07

Blinken o sözləri deyibsə…

Blinken o sözləri deyibsə…

ABŞ sputnik vasitəsilə hər hansı bölgədə hərbi hərəkətliliyi anında fiksə etmək imkanına malikdirsə, dövlət katibinin ermənipərəst konqresmenlərin fərziyyələrinə inanması qeyri-ciddi səslənir

ABŞ dövlət katibi Entoni Blinkenin ermənipərəst baxışları ilə tanınan Konqres üzvləri Nensi Pelosi, Anna Eş, Frenk Pallone və daha iki konqresmenə istinadən “Politico”nəşrinin yaydığı məlumatı öncə dəqiqləşdirməyə ehtiyac var.

POLİTİKO.jpg (73 KB)

“Turan”ın xəbərinə görə, Dövlət Departamenti Blinkenin “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab edir” və “ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcəyi” barədə nəşrin yazdıqlarını şərh etməkdən imtina edib, lakin qurumun “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə”, münaqişənin “birbaşa danışıqlar” yoluyla həllinə sadiq olduğunu qeyd edib.

Blinkenin qeyri-rəsmi görüşdə, həm də üzbəüz deyil, konqresmenlərlə telefonla danışığında dedikləri əlbəttə ki, rəsmi mövqe sayıla bilməz. Əgər bu danışığın stenoqramı yayılsaydı, hansısa nəticələr çıxarmaq daha asan olardı. Aydındır ki, bu konqresmenlər erməni lobbisinin züy tutanlarıdır, Blinkenlə məsafəli görüşdə Azərbaycan haqda hədyanlar və yalanlar püskürüblər. Amma ABŞ kimi dövlət konqresmenlərinin və ya kimlərinsə fərziyyələri əsasında qərarlar qəbul etmir. Bu ölkənin kəşfiyyatı, Pentaqon kimi nəhəng hərbi strukturu var ki, bu cür “hücum” məlumatları orada hazırlanır. Üstəlik, ABŞ sputnik vasitəsilə hər hansı bölgədə hərbi hərəkətliliyi anında fiksə etmək imkanına malikdir. O halda, dövlət katibinin konqresmenlərin fərziyyələrinə uyuyub “Dövlət Departamenti tezliklə Azərbaycanın Ermənistana girə biləcəyini mümkün sayır” deməsi qeyri-ciddi səslənir.

“Azərbaycan ağlını o qədər itirməyib ki, başqa ölkənin ərazisi sayılan torpağa hərbi güc yeritsin”

“Mümkün sayır” sürüşkən ifadədir, baxmayaraq ki, diplomatik dildə tez-tez istifadə olunur. Amma “mümkün sayır” deyib, ardınca “ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcəyi” deyilə bilməz. Çünki biri fərziyyədir, reallaşmamış, baş verməmiş “hadisədir”, amma “907-ci düzəliş yeniləməyəcəyi” dəqiq mövqe ifadə edir. O halda, Blinken məsələn, Ermənistan haqda belə bir mövqe də sərgiləyə bilər: “ABŞ Ermənistanın sülh müqaviləsini imzalamasını mümkün sayır, amma imzalamasa belə, biz onun arxasındayıq”. Absurd səslənir, deyilmi? O səbəbdən hər şeydən öncə “Politico”da ermənipərəst konqresmenlərə istinadən yazılanları dəqiqləşdirməyə ehtiyac var. Çünki bu iddia təsdiqlənərsə, Azərbaycan-ABŞ münasibətlərində gərginlik qaçılmaz olacaq.

POLİT SON .png (180 KB)

Əvvəl “The Politico” kimi tanınan jurnalistika şirkəti 2007-ci ildə təsis edilib. Konqresə yaxınlığı ilə tanın şirkətin veb saytı, televiziyası, çap qəzetləri, radioları var, əsas fəaliyyəti həm də lobbiçilikdir. İlkin dövrdə əsas oxucu kontingenti respublikaçılar olub, indi “hara işlədikləri” haqda dəqiq bilgi yoxdur.

Amerikanın Qafqazda Ermənistan üzərindən son həmlələri bəllidir və hələ ki, uğursuzdur. Azərbaycan Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyini dəfələrlə müsbət qiymətləndirib, Blinkenin birbaşa vasitəçiliyi ilə təşkil edilən danışıqlarda da həmişə iştirak edib. Sülh sazişinin niyə hələ də Paşinyanın və digər maraqlı dövlətlərin kabinetində “yatdığının” bəlli səbəbləri var. ABŞ sülh sazişinin imzalanmasında o səbəbdən maraqlıdır ki, Rusiyanın bu regiondakı təsirlərini azaltsın. Yəni bu fəallıq sülh istəyindən daha çox ABŞ-ın geosiyasi maraqlarına hesablanıb. Azərbaycan Prezidenti son çıxışlarında regiona kənar(uzaq) dövlətlərin müdaxilə cəhdlərinə toxunub və onları buradan uzaq durmağa çağırıb. Bu çağırışda ABŞ-ın “payı”nın nə qədər olduğunu biz deyə bilmərik, bu, dövlətlər arasında olan məsələdir. Amma Laçın postu qoyulandan ABŞ-ın narahatlığı aşkar görünməkdə idi, Blinkenin Bakıya zəngləri də səhv etmirəmsə, elə o zamandan daha da intensivləşdi. Amerikanın istəkləri Azərbaycanın suveren maraqlarından heç vaxt üstün ola bilməz və Prezident Əliyevin Blinkenlə telefon danışıqları haqda yayılan rəsmi məlumatlar bunun bariz nümunəsidir.

ABŞ Baydenin prezidentliyi dönəmində yeni dünya düzəni yaratmaq arzusuna düşüb ki, bunun nəticələri heç də yaxşı deyil. Dünya bir xaos əhval-ruhiyyəsinə girib, bunun son qanlı nümunəsi hazırda Yaxın Şərqdə baş verənlərdir.

DUNYA SON.jpg (89 KB)

ABŞ-ın Ermənistanı son ilyarımda ciddi himayə cəhdləri, sanki bu ölkənin ərazisinə hansısa təhlükə olduğu barədə ara-sıra səslənən bəyanatlar da bunun siqnallarıdır. Rusiyadan üz döndərmiş kimi görünən İrəvan Amerikanın və Fransanın himayəsi altına sığınmaq istəyir. Bu, hər bir dövlətin öz istəyidir, təhlükəsizliyini möhkəmlətmək də Ermənistanın haqqıdır. Amma bu onun himayəçilərinə, başda Fransa olmaqla Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq, qarayaxma kampaniyası aparmaq səlahiyyəti vermir. Amerika əlbəttə ki, Fransanın tayı deyil, Makron bu ölkəni çox pis vəziyyətə qoyub və nüfuzunu çox zədələyib. ABŞ Azərbaycanla münasibətlərdə “Makronluq” iddiasına düşərsə, bu, hər iki ölkənin maraqlarına ziddidir.

Azərbaycanın son 3 ildə etdiyi cəhdlər Qafqazda təməlli sülhə hesablanmış addımlardır, bunu Ermənistan və onun havadarlarının necə təqdim etməsindən asılı olmayaraq, əksini iddia etmək korazehinlikdir. Elə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinə bölgədə sülhü möhkəmlətmək cəhdi kimi baxmaq lazımdır. Ermənistan bunu istəmirsə, cəhənnəmə, Azərbaycan ağlını o qədər itirməyib ki, başqa ölkənin ərazisi sayılan torpağa hərbi güc yeritsin. Alınmırsa, alınmır. Amerika Ermənistanın inkişafını istəyirsə, onu bu dəhlizi açmağa razı salmalıdır. Prezidentin hansısa sitatını kontekstdən çıxarıb “Azərbaycanın Zəngəzura qoşun yeritmək” istəyi kimi izah etmək də yenə ölkəmizə qarşı qarayaxma, imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil.

Qarabağda son antiterror tədbirlərində ələ keçirilən silahlar bir regionu qana bulamaq gücdə olub. Bəs, necə olur ki, İsrailə terror hücumunu pisləyən, “mən bir yəhudu kimi İsrailin yanındayam” deyən Blinken Qarabağdakı terror yuvasının məhv edilməsinə görə Azərbaycandan incik düşsün? HƏMAS necə Qəzzada zavallı xalqı girova çeviribsə, Qarabağdakı xunta rejimin də eyni fəaliyyəti olub. Niyə İsrail xalqının yanında olmaq olur, Azərbaycanın isə yox? Bu, nə yanaşmadır, nə ədalətdir? Antiterror tədbirləri zamanı bir mülki erməni ölmədi, erməni xalqını Qarabağdan heç kim qovmadı, bir adam yoxdur burnu qanasın. Amma İsrail 1,5 milyon ərəbə vaxt qoyur ki, buradan köçün. ABŞ bunun üçün ədalətli izah tapır, bizə gələndə hansısa zorla köçürülmədən danışmağa üzləri olur…

Hazırda Yaxın Şərqdə davam edən savaş bizim müharibə deyil, bizim qarışacağımız məsələ heç deyil. Amma belə ikili, üçlü standartlarla ədalət carçısı olmaq mümkün deyil. Amerika o ədalət tərəzisini çoxdan itirib, çox da uzaq olmayan keçmişdə İraqa qoşun yeridəndə, şəhərləri bombalayanda…\\musavat.com

DİGƏR XƏBƏRLƏR

Azərbaycanlı müğənninin gecə klubunda ŞOK GÖRÜNTÜSÜ YAYILDI – VİDEO

Azərbaycanlı müğənninin gecə klubunda ŞOK GÖRÜNTÜSÜ YAYILDI – VİDEO

Türkiyənin tanınmış müğənnisi Tuğba Ekinçi görüntüləri ilə gündəmi zəbt edib. Proses.az shownews.az-a istinadən xəbər verir ki, səhnə aldığı gecə klubunda…
Naxçıvan Ali Məclisində yeni təyinatlar

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni təyinatlar olub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ali Məclisin sədr müavini Anar İbrahimov…
Siqaretin qiyməti bahalaşacaq? – AÇIQLAMA

Siqaretin qiyməti bahalaşacaq? – AÇIQLAMA

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.…
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati…
Keşiş kilsədə xütbə oxuyarkən bıçaqlandı – ANBAAN VİDEO

Keşiş kilsədə xütbə oxuyarkən bıçaqlandı – ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərinin ətrafındakı kilsələrdən birində silahlı insident baş verib.  BAKU.WS xəbər verir ki, kilsəyə bıçaqla daxil olan gənclərdən biri əvvəlcə…
“Oğlan əsgər gedir, gəlir ki, qız ərə gedib” – MÜSAHİBƏ

“Oğlan əsgər gedir, gəlir ki, qız ərə gedib” –…

Proses.az lent.az-a istinadla Siyavuş Novruzov ilə müsahibəni təqdim edir: – Siyavuş müəllim, tez-tez baməzə replikalarla dilə dişə düşürsünüz, məsələn vedrəni…
Keçmiş məktəb direktoru haqda son qərar

Keçmiş məktəb direktoru haqda son qərar

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı – VİDEO

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı…

Əməkdar artist Dilarə Əliyeva “Zarafat bir yana şousu”na qonaq olub. Proses.az baku.ws-ə istinadən bildirir ki, aktrisa proqram zamanı mərhum həyat…
Adəmin atasına 30 sutka həbs verildi

Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq…
Hacı Şahinin ələ keçirilən kanalı ilə bağlı SON MƏLUMAT

Hacı Şahinin ələ keçirilən kanalı ilə bağlı SON MƏLUMAT

“Mütəxəssislər Hacı Şahin Həsənlinin “Youtube” kanalının geri qaytarılması istiqamətində iş aparırlar, səhifənin nə zaman qaytarılacağına dair konkret bir söz deyilmir.…
Tofiq Yaqubludan xəbər var

Tofiq Yaqubludan xəbər var

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib. Proses.az report-a istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun…
Rusiyanın keçmiş Baş prokurorunun oğlu mənzilində ölü tapıldı

Rusiyanın keçmiş Baş prokurorunun oğlu mənzilində ölü tapıldı

Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun oğlu Denis Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb. Proses.az APA-ya istinadən bildirir ki, bu barədə…
Yeni qayda – boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Yeni qayda – boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Proses.az  xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu…
Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı – FOTO

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı – FOTO

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor  Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. Proses.az lent.az-a istinadən bildirir ki, müğənni öz sosial…
“Crocus City Hall”da terror aktı üzrə doqquzuncu müttəhim şikayət verdi – FOTO

“Crocus City Hall”da terror aktı üzrə doqquzuncu müttəhim şikayət…

Rusiyada “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən 9-cu şəxs Nazrimad Lutfulloi…