- 16.10.2023 10:45
İsrailin məhv etdiyi yüksək rütbəli HƏMAS rəsmiləri – SİYAHI

İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti oktyabrın 7-də ölkə ərazisinə kütləvi raket hücumundan sonra HƏMAS-ın altı əsas əməkdaşını öldürüb.
Musavat.com xarici KİV-ə istinadən xəbər veirr ki, bu barədə İDF-nin saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunub ki, həlak olanlar arasında HƏMAS-ın “Nuxba” xüsusi təyinatlılarının komandirləri Əli Kadi və Bilal Əl-Kedra, HƏMAS Siyasi Bürosunun üzvü Zəkəriyyə Əbu Maamar, Cənub Milli Təhlükəsizlik Dairəsinin komandiri Muatazz İd, iqtisadiyyat naziri Cavad Əbu Şamala və HƏMAS hava qüvvələri komandiri Murad Əbu Muradda var.