• 16.10.2023 13:44

Azərbaycanda dəhşət: Qızı başqasına qaçan ata oğlunu… – ŞOK TƏFƏRRÜAT

Azərbaycanda dəhşət: Qızı başqasına qaçan ata oğlunu… – ŞOK TƏFƏRRÜAT

Xırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib – red.) qətlə yetirib.

Həmid qızı Sevilin başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq əslən Beyləqan rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.

Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq qızının yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi qənaətinə gəlib.

19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik edib.

Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub: “Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdidilər. Evdə Samirədən qızımın harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin onu yola saldığını bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:

“Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra evə gəldim.

Axşam saat 21.20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də ona həddini aşmamasını söylədim”.

Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər şəxs tərəfindən döyüldüyünü, mobil telefon aparatının da əlindən alındığını deyib: “Ona inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefon aparatını avtomobildə tapa bilmədik.

Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı divandan tulladığını və Samirə dəydiyini bildirib: “Əsəbi olduğumdan bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm hüquq mühafizə orqanlarına müraciət etməzdim.

Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı mobil telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm”.

Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox, bir dəfə vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb, dörd nəfər şəxslə dalaşaraq evə gəlib.

Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.

O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: “Qızım Sevillə bağlı Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə günü yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu içki qəbul etməmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Samirənin sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən götürərək gedib: “Həmid ondea Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu səbəbdən biz bir müddət kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir valideynlərinə yazığının gəldiyini, evin tək uşağı olduğunu bildirdi və biz Həmidgilin yanına qayıtdıq.

Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə gələndə Samirlə münaqişə yaradıb. Samirin harasa gedib-gəlməyini belə həmişə problem edib”.

Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə, Samirin heç bir təqsiri olmayıb: “Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə sərxoş idi ki, heç danışa bilmədi, o ki qaldı kinməsə cavab qaytarsın və ya onu təhqir etsin.

Münaqişə zamanı qaynatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə fiziki xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və başının üzərinə atlandı. Samirə çox ağır fiziki bədən xəsarətləri yetirdi. Mənimlə qaynanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə bıçaqlanmasaydı belə, çox ağır şəkildə döyüldüyü üçün öləcəkdi.

Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa doğru aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan iki dəfə vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdi”.

Zərər çəkmiş bildirib ki, əri Samir alkoqollu içkiyə meyilli olmayıb: “Sadəcə, hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir olunduğu üçün çox içki içmişdi”.

Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O, təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: “Həmidin nə səbəbə Samirlə yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o, ailəsi ilə birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.

Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan sonra Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını bildirdi. Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın mümkün olmadığını başa düşdü. Bacısına icazə verməsə, onun evdən qaçacağını anladı. Bu səbəbdən də Samir Sevilə iki gün sonra evə qayıtması şərtilə evdən getməsinə razılıq verdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…
DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

Ölkədə skuterdən istifadə artdıqca, qayda pozuntuları da artır. Proses.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin…
Xankəndidəki sahibkarın iddiası ilə bağlı – Rəsmi açıqlama

Xankəndidəki sahibkarın iddiası ilə bağlı – Rəsmi açıqlama

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb. Proses.az AZƏRTAC-a istinadən açıqlamanı təqdim edir: “Azərbaycanın ərazi…
Prezidentdən bu qurumla bağlı FƏRMAN

Prezidentdən bu qurumla bağlı FƏRMAN

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun tərkibi genişlənib. Proses.az xəbər verir ki, bununla bağlı…
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılmadı

Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılmadı

Nərimanov Rayon Məhkəməsində həbsdə olan tiktoker Rəşad Abdullayevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb. Oxu.Az-ın…